Müdafiə Nazirliyi: Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır

17:30 - 04 / 04 / 2016
Müdafiə Nazirliyi: Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. 

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

1news.az

Paylaş:
2506

Son xəbərlər

Bütün xəbərlər