Diasporla İş üzrə Dövlət Komitəsi: “Dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırırıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsi: “Dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırırıq”

19:30 - 04 / 04 / 2016
Diasporla İş üzrə Dövlət Komitəsi: “Dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırırıq”

Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycan xalqı üçün tarixi məna kəsb edən bu çətin anlarda bütün dünya azərbaycanlılarına müraciət edərərək, doğma Vətənin milli maraqlarının müdafiəsi, ərazi bütövlüyünün bərpası naminə bütün gücünü, enerjisini səfərbər etməyə çağırır.

1news.az-ın məlumatına görə, Komitənin bununla bağlı bəyanatında deyilir:

“Əminik ki, dünyanın hansı ölkəsində yaşamasından, ictimai statusundan, sosial mənsubiyyətindən, siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi doğma Vətənlədir. Son günlər Dövlət Komitəsinə daxil olan çoxsaylı müraciətlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarından daxil olan mektublar bunu bir daha sübut edir. Dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, büynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin parlamentlərnə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün təcuili tədbirlər görməyə çağırıb. Bundan başqa bir sıra ölkələrdə azərbaycan diaspor təşkilatları tərəfindən etiraz aksiyalarının, məlumatlandırma kampaniyalarının təşkilinə başlanılıb.

Eyni zamanda, geniş ictimaiyyətin diqqətinə çatdırmağı vacib bilirik ki, müxtəlif beynəlxalq təşkilatlar və layihələr çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən tanınmış siyasətçilər, ictimai xadimlər Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir. Bu, Azərbaycanın nə qədər haqlı olduğunu göstərən parlaq faktlardan biridir.

Biz Azərbaycana dəstəyini ifadə edən bütün liderlərə, siyasi və dövlət xadimlərinə, o cümlədən  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq və indiki dövlət başçılarına, eləcə də müxtəlif yüksək vəzifələrdə çalışmış təcrübəli siyasət adamlarına bu ağır günlərdə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə, münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə edən bəyanatlarına görə dərin təşəkkürümüzü ifadə edirik.

Sayı 50 milyonu keçən dünya azərbaycanlıları tarixi bir ana şahidlik edir. Biz bir daha dünyaya nə qədər böyük və qüdrətli bir xalq olduğumuzu nümayiş etdirmək əzmindəyik. Dövlət Komitəsi bir daha dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırır. Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ən qısa zamanda işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan tarixinin yeni bir səhifəsi yazılacaqdır. Bu şərəfli tarixi missiyanı uğurla yerinə yetirmək üçün hər bir azərbaycanlı əlindən gələni əsirgəməməlidir”.

1news.az

Paylaş:
665

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər