FHN: 28 Mall-dan təxliyə olunan ziyarətçilərin ticarət mərkəzinə qayıtmağına icazə verildi
Bu gün 28 Mall Ticarət Mərkəzində partlayış təhlükəsi ilə bağlı informasiya alındığına görə burada olan ziyarətçilər təxliyə olunub.
Bu haqda 1news.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O, bildirib ki, FHN əməkdaşları partlayış ola biləcəyi haqda xəbərdarlıqdan sonra əraziyə gələrək ziyarətçiləri ticarət mərkəzindən təxliyyə edib.
"Belə bir zəng olub. Lakin indi ziyarətçilər ticarət mərkəzinin binasına qayıdıblar",- Bayramov deyib.
Naziriyin nümayəndəsi bildirib ki, yaxın vaxtda FHN hadisə ilə bağlı rəsmi açıqlama verəcək.
1news.az
557