Bakıda ev yandı, bir nəfər tüstüdən zəhərləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ev yandı, bir nəfər tüstüdən zəhərləndi

10:07 - 05 / 04 / 2016
Bakıda ev yandı, bir nəfər tüstüdən zəhərləndi

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikiotaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan digər otaqların qapıları və mətbəxin tavan hissəsi deformasiyaya uğrayıb.

Yanğın zamanı 5-ci mərtəbədə qonşu mənzildə  yaşayan, 2009-cu il təvəllüdlü Şükürov Mahid Elnur oğlu tüstüdən zəhərlənmiş halda təcili yardım xidməti tərəfindən toksikalogiya şöbəsinə yerləşdirilib.

Yanğın zamanı 4-cü və 5-ci mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər