Qarabağdakı son hadisələrə sözardı: Kim uduzdu, kim uddu – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağdakı son hadisələrə sözardı: Kim uduzdu, kim uddu – TƏHLİL

22:31 - 05 / 04 / 2016
Qarabağdakı son hadisələrə sözardı: Kim uduzdu, kim uddu – TƏHLİL

Açığı son baş verən olaya münasibətimi düşünürdüm, emosiyalar səngiyəndən bir az sonra yazaram. Amma müəyyən dostların, özüdə məlumatlı, səriştəli təcrübəli insanların məsələyə bu qədər çilğın yanasması məni tələsik də olsa öz fikrimi yazmağa vadar etdi.

Əvvəla hörmətli Nazim Bayramın ayın 3-də yazmış olduğu statusda dostlar proqnoz soruşarkən o sualın cavablandıraraq bildirdim ki yəqin ki, böyük güclərin təsiri ilə atəşkəs olacaq və qoşunlarımız alıdıqları yüksəkliklərdə möhkəmlənəcək, əgər yenə sülh prosesi uğursuz olarsa bu hadisələr yenidən təkrarlanacaq.

Yazırlar ki, gərək bütün işğal edilmiş ərazilər azad ediləydi. Əzizlərim, gəlin baxaq hadisə necə başlayıb.

Bu mülki əhalini daima təhdid edən erməni atəş nöqtlərini susdurmaq üçün aparılan bir əməliyyat idi. MN əməliyyat idarəsinin hazırladığı plan əsasında çox savadlı taktiki bir döyüş əməliyyatı keçirərək ermənilərin fəxr etdiyi fin nazir Manherreymin səddi ilə müqayisə etdikləri, Ohanyan müdafiə xəttini yararaq az itki ilə olduqca vacib, starteji yüksəkliləri azad etdilər. cəmi gün yarıma işğal olunmuş ərazinin 5 faizi!!!.

Bu təsüdüfən baş vermədi. Kəşfiyyat, artilleriya, xüsisi təyinatlılar, məxfilik hərb elminin bütün fəndlər yüksək səviyyədə tətbiq edildi. Amma erməni rəhbərliyi dəfələrlə zəif olmalarına baxmayaraq ambisiyalı şəkildə verdikləri mövqeləri geri almağa çalışdı və layiqli cavabını alaraq atəşkəsə boyun əydi. Əgər xatlrayırsınızsa bizim tərəf bu mövqeləri aldıqdan sonra birtərəfli atəşkəs elan etsə də Sarkisyan cəbhə xəttinin ayın 2-nə qədər olan konfiqurasiyasını tələb edirdi.
İndi gəlin hər kəsin qazandıqlarını müqayisə edək:

1.Azərbaycan ordusu dəfərlər az itki verməklə mühüm üstünlük qazandı. 2.Qazilər qrupunda müzakirə etdiyimiz hücum istiqamətləri proqnozlaşrılan kimi olduqca düzgün secildi. 3.Ordumuzun son illər ən müxtəlif müasir silahları müvəffəqiyyətlə sınaqdan keçirildi. Erməni məğlubedilməzlik mifi dağıdıldı. Ermənilər nəinki ön xətdən, hətta Xankəndindən belə çəkinməyə üstünlük verdilər, onların qarşısı silahla alındı.

20 il bundan öncə yanımızda yalnız Türkiyə var idisə indi bütün dünya gücləri atəşkəsə səsləsə də, əsasən bizi dəstəkləyən bəyanat verdilər. Ordumuz və mülki əhalimiz arasında çox böyük ruh yüksəkliyi mövcuddur və bu davamlı olacaq. İrəli gedən qüvvələr yalnız xüsusi təyinatlılar deyil, həm də cəbhə xəttində dislokasiya olunmuş piyada hərbi hissləridir. Bu həm də o hərbi hissələrin böyük döyüş hazırlığının göstəricisdir.

Bütün yazdığımz və yazmadığız faktorlar isə ermənilərdə tam əksinədir.Yəqin ki, tezliklə Ermənistanda mühüm siyasi dəyişikliklərin şahidi olacağıq. Ermənistan tamamilə pat vəziyyətdədir. Daimi müttəfiqi Rusiya bu münaqişədə onu tam dəstəkləmədi, ən azından neytral qaldı.

MDB və regionumuzda bütün münaqişələrin başalanğıcı olan Qarabağ probleminin çözülməsi üçün geniş imkanlar yaranıb. Bunu hər hansı eyforiyaya qapilmadan, emosiyasız həll etməmiz gərəkdi. Bu münqişənin həlli Abxaziya, Krım, Dnepryanı münaqişənin, İran- Türkiyə- Azərbaycan birliyinin, hətta Suriya probleminin həlli üçün lazmi stimul yaradacaq.Hec bir ruh düşkünlü ola bilməz. Verdiyimiz itkilər nahaq deyil. Bütün bunlar gələcək qələbimiz üçün zəmindir!

Tərlan Eyvazov

 

Paylaş:
528

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər