Müdafiə Nazirliyi: Azərbaycanda “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycanda “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib

12:51 - 05 / 04 / 2016
Müdafiə Nazirliyi: Azərbaycanda “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib

Bu günlərdə erməni mətbuatında Azərbatcan ordusunun “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə etməsi ilə bağlı məlumat yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağ istiqamətində “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə edilməsi ilə bağlı erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.

1news.az-ın məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında “Smerç” sistemi var, lakin hələlik ondan istifadə edilməyib.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun onlara qarşı “Smerç” silahından istifadə etməsi barədə məlumat yayıb.

1news.az

Paylaş:
2322

Son xəbərlər

Bütün xəbərlər