Sarkisyan Almaniyada etirazla qarşılandı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan Almaniyada etirazla qarşılandı – FOTO – VİDEO

17:10 - 06 / 04 / 2016
Sarkisyan Almaniyada etirazla qarşılandı – FOTO – VİDEO

Xəbər verildiyi kimi, Ermənistanın prezidenti Serj Sarkisyanın Almaniya Federativ Respublikasına səfər edib.

1news.az-ın məlumatına görə, aprelin 6-da Berlində Almaniya Federativ Respublikasının Federal Kanslerinin Qərargahının qarşısında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), “Berlin” Azərbaycan Evinin, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) və  Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ermənistanın prezidentinin Almaniyaya səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib. Aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və “Əsgər marşı”nı oxuyublar. Daha sonra isə alman ictimaiyyətinin nümayəndələri Matias Volf və Verner Volter, azərbaycanlı fəal Elxan Aslanov, həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer İsmayılova və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva etiraz aksiyasında çıxış ediblər.

Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində  təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər.

Bununla yanaşı, əllərində Azərbaycan, Türkiyə, Almaniya bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları da öz növbəsində insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər.

Aksiya zamanı Ermənistanın əleyhinə “Ermənistan təcavüzkarlığı dayandırılsın”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Zorakılığa son!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi müxtəlif şüarlar səsləndirilib.

1news.az

Paylaş:
1179

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər