Mərkəzi Bankın əməkdaşları qanvermə aksiyasında könüllü olaraq iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bankın əməkdaşları qanvermə aksiyasında könüllü olaraq iştirak edib - FOTO

17:27 - 06 / 04 / 2016
Mərkəzi Bankın əməkdaşları qanvermə aksiyasında könüllü olaraq iştirak edib - FOTO

Mərkəzi Bankda korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirib.

1news.az Mərkəzi Bankın mətbuat xidmətindın verilən məlumata görə, qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçib. Nəticədə 70 əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər