“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib

18:27 - 06 / 04 / 2016
“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətindən istifadədə artım dinamikası cari ildə də davam edib.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu ilin mart ayında “İş yerinə dair arayış” e-xidmətindən faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 15,7 faiz, fevral ayı ilə müqayisədə isə 4 faiz artaraq 15348-ə çatıb.  

Vətəndaş öz iş yerinə dair elektron formada arayış əldə etmək üçün “Elektron Hökumət” portalında “Elektron arayışlar” bölməsinə daxil olaraq, müvafiq e-xidməti seçir. Daha sonra öz seçiminə uyğun autentifikasiya vasitəsindən istifadə etməklə iş yerinə dair arayışı avtomatik şəraitdə formalaşdırır. İstifadəçi bu e-arayışları elektron şəkildə aidiyyatı təşkilatlara  göndərə və ya çap edərək kağız şəklində də təqdim edə bilər.

Arayışın təqdim olunduğu təşkilatlar həmin sənəddə əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün arayışda qeyd olunan ştrix-kod vasitəsilə “E-hökumət” portalındakı “Portal üzərindən verilmiş arayışların yoxlanılması” xidmətindən istifadə olunur.

Qeyd edək ki, respublikamızda kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin xeyli sürətlənməsinə səbəb olan “İş yerinə dair arayış” e-xidməti hazırda ölkədə mövcud olan 12 növ e-arayış xidməti sırasında xüsusi populyarlığı ilə seçilir. 2014-cü ilin dekabrında əhaliyə təqdim olunan bu e-xidmətdən 01 aprel tarixinə artıq 268809 dəfə istifadə qeydə alınıb.

1news.az

 

Paylaş:
880

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər