Albaniya parlamentinin spikeri: “Biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq” | 1news.az | Xəbərlər
Siyasət

Albaniya parlamentinin spikeri: “Biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq”

20:20 - 06 / 04 / 2016
Albaniya parlamentinin spikeri: “Biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq”

Albaniya parlamentinin spikeri İlir Rexhep Meta Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması üçün hərbi təxribata əl atması ilə bağlı müraciətinə cavab olaraq açıqlama verib:

 “Albaniya regionun dondurulmuş münaqişəsi olan Dağlıq Qarabağ ətrafında cərəyan edən sonuncu böhran zamanı zorakılığın artması, mülki obyektlərin dağıdılması və insan itkilərinin baş verməsi ilə bağlı narahatçılıq keçirir: “Biz beynəlxalq ictimaiyyətin səylərini, atəşkəs rejiminin dərhal bərpası çağırışlarını, vəziyyətin de-eskalasiyası və mülki əhalinin müdafiə edilməsini dəstəkləyirik. Beynəlxalq hüquq və qaydalara üstünlük verilməli, tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələrini əldə rəhbər tutaraq, münaqişənin hərtərəfli, yekun və davamlı həlli üçün danışıqlara başlamalıdırlar. Bu tam aydın olan, həm Avropa İttifaqı, həm də ATƏT tərəfindən qəbul edilən prinsiplər  münaqişənin həlli üçün əsas olmalıdır”.

Açıqlamada qeyd olunub ki, bu akt və prinsiplərə əsasən Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir və ATƏT-in Minsk qrupu bütün tərəfləri danışıqlara cəlb etmək və münaqişənin həlli yollarının tapılmasına yardım etmək üçün düzgün platformadır. Albaniya inanır ki, ərazi bütövlüyü prinsipi müasir dövlətlərarası münasibətlərin tənzimlənməsində başlıca nizam vasitəsidir. Bura həmçinin işğalın və əhalinin öz torpağından sıxışdırılmasının pislənməsi də daxildir:

“Albaniya Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir. Tamamilə uyğundur ki, beynəlxalq ictimaiyyət müvafiq imkanlar yaranan kimi məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qaydada qayıtmasına səylərini artırsın.  İstənilən təcavüz dayandırılmalı və qarşısı alınmalıdır. Əks təqdirdə onun nəticələri dağıdıcı ola bilər. Xüsusilə, günahsız mülki vətəndaşların həyatlarını müdafiə etmək lazımdır”.

Spikerin fikrincə, Yaxın Şərq, Balkanlar və Avropada baş verən hazırkı qaçqın böhranı münaqişələrin vaxtında qarşısının alınmamasının pis nümunəsidir. Bu, beynəlxalq əməkdaşlığın əsas hədəfi olmalıdır:

“Əks halda biz dağıdıcı müharibənin qonşuluğunda yerləşən mürəkkəb regionda vəziyyətin pisləşməsi ilə risk edirik ki, burada sülh, stabillik və qlobal iqtisadiyyat üçün nəticələrin kəskin pisləşməsi potensialı böyükdür. Azərbaycan, regiondakı sülh və stabillik Albaniya, Balkanlar və Avropa üçün çox vacibdir. Enerji diversifikasiyası, enerji təhlükəsizliyi layihələri və “Cənub Qaz Dəhlizi”nin gələcəyi çox önəmlidir və daha bir münaqişə tərəfindən təhlükə altına qoyulmamalıdır.

Azərbaycan düzgün istiqamətdə ilk addımı atıb. Bu Azərbaycanın sülhə sədaqətini nümayiş etdirir və əks tərəfdən də müvafiq cavabı gözləyir. Buna görə də, biz Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayondan dərhal çıxarılmasına çağırırıq”.

1news.az

Paylaş:
692

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər