NATO-nun baş katibi: “Tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinli olmağa çağırıram” | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun baş katibi: “Tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinli olmağa çağırıram”

09:44 - 06 / 04 / 2016
NATO-nun baş katibi: “Tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinli olmağa çağırıram”

NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağda atəşin dayandırılmasını müsbət qiymətləndirib və tərəfləri münaqişənin bir daha gərginləşməsinə yol verməməyə çağırıb. 

1news.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun bəyanatında bildirilir. 

“Mən tərəfləri atəşkəs barədə razılaşmaya hörmətlə yanaşmağa, təmkinlik nümayiş etdirməyə və yeni gərginliyə yol verməməyə çağırıram” , - deyə məlumatda bildirilir.

Stoltenberq qeyd edib ki, NATO ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

“Tərəflər danışıqlar masasına dönməli və hərtərəfli nizamlanma yollarını tapmalıdırlar”, - deyə  Stoltenberq qeyd edib.

1news.az

Paylaş:
311

Son xəbərlər

Bütün xəbərlər