Qaçaqmalçılıq yolu ilə gətirilən 70 ədəd mobil telefonun ölkə ərazisinə keçirilməsinin qarşısı alınlb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaçaqmalçılıq yolu ilə gətirilən 70 ədəd mobil telefonun ölkə ərazisinə keçirilməsinin qarşısı alınlb - FOTO

10:58 - 06 / 04 / 2016
Qaçaqmalçılıq yolu ilə gətirilən 70 ədəd mobil telefonun ölkə ərazisinə keçirilməsinin qarşısı alınlb - FOTO

Qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK)  məlumat veriblər.

Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Belə ki, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiya Federasiyasından Azərbaycana  gələn Azərbaycan Respublikası vətəndaşının əl çantalarına Xaçmaz  Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib. Baxış zamanı 3 ədəd  əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər