Minsk qrupunun həmsədrləri sabah Bakıda görüşəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Minsk qrupunun həmsədrləri sabah Bakıda görüşəcəklər

00:15 - 06 / 04 / 2016
Minsk qrupunun həmsədrləri sabah Bakıda görüşəcəklər

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, görüşlərin sabah Bakıda baş tutacağı planlaşdırılıb.

“Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya gətirəcək danışıqlar lazımdır. Səhər baş tutacaq görüşlərdə iştirak etmək üçün hazırda Bakıya doğru yoldayam”, - deyə o, Twitter səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Vyanada ATƏT-in Minsk qrupuun geniş formatda yığıncağı keçirilib. İclasda Minsk qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinlənilib.

Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollanıb, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilmişdi.

Həmsədrlər Bakı, Xankəndi və İrəvanda danışıqlar keçirməyi, Dağlıq Qarabağda qarşıdurmanın dayandırılmasına dair tədbirləri və danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etməyi planlaşdırırlar.

Həmsədrlərin daha sonra Vyanaya ATƏT üzvlərinə görülən səylər barədə hesabat təqdim edəcəkləri gözlənilir.

1news.az

Paylaş:
495

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər