Sergey Lavrov: “Təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin hərtərəfli həlli yolunu axtarmamalıyıq”
“Biz Dağlıq Qarabağda vəziyyətin gərginləşməsilə bağlı vacib məsələdən uzaq qala bilməzdik və sülhün bərqərar olması faktını vurğulamalıyıq”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Vladimir Putin birbaşa Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla əlaqə saxlayıb.
“Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev İrəvandadır, sabah isə o, Azərbaycana gələcək. Əlaqələr həmçinin Azərbaycan və Rusiya baş gərargah rəislərinin xətti ilə də həyata keçirilir. Yaxın dostlarımıza müqavilələrlə bağlı razılaşmalarda yardım etmək istəyirik. Ümid edirik ki, 90-cı illərdə imzalanmış atəşkəs rejiminə riayət olunacaq”.
Onun sözlərinə görə, hazırki vəziyyət keçmişdə imzalanmış atəşkəslə bağlı müqavilələrə fəal nəzər yetirməyi tələb edir.
“Bunlar ATƏT-in Minsk qrupunun həmsdərləri ilə də müzakirə olunub. Hazırda təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin hərətərəfli həlli yolunu axtarmamalıyıq.
Rusiya, eyni zamanda həmsdər ölkə kimi həm Azərbaycan, həm də Ermənistan ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin. Bizim danışıqlardan razı olmağımız üçün əsasımız var”, - XİN rəhbəri bildirdi.
1news.az