Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan arasındakı münaqişənin gərginləşməsi Rusiya KİV-nin gözü ilə | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan arasındakı münaqişənin gərginləşməsi Rusiya KİV-nin gözü ilə

15:44 - 07 / 04 / 2016
Dağlıq Qarabağ: Ermənistan və Azərbaycan arasındakı münaqişənin gərginləşməsi Rusiya KİV-nin gözü ilə

Dağlıq Qarabağın münaqişə zonasında dörd gün davam edən hərbi əməliyyatlar bir çox Rusiya kütləvi informasiya vasitələrinin (KİV) qeyri-obyektivliyini nümayiş etdirdi.

Onlardan bəzilərində münaqişənin məğzinin qəsdən təhrif edilməsindən söhbət gedirdisə, digərlərində isə, mümkündür ki, işıqlandırılan mövzunu hərtərəfli öyrənmədiyindən irəli gəlirdi. 

Hətta aparıcı Rusiya xəbər nəşrlərinin dərc və videoreportajlarına gözucu nəzər yetirdikdə məlum olur ki, bütün bunlar separatçı Dağlıq Qarabağ, həmçinin 20 ildən artıq bu regionu işğal etdiyi Ermənistanın maraqlarını əks etdirir. 

Efirdə təhrif və yalanlar

Yeri gəlmişkən, Dağlıq Qarabağ nümayəndələrinə münasibətdə heç bir rus reportajında “separatçı” sözünü eşitməzsiniz. Həmçinin, “işğal” sözünü də. Ən böyük halda Rusiya KİV-i özünə separatçıları tanınmamış respublika adlandırmağı icazə verə bilərlər.

Saytımızda bir sıra rus jurnalistlərinin döyüş zonalarından təqdim etdikləri məlumatların saxta və təhrif olunması faktları haqda danışmışıq.

Əsasən də, NTV telekanalı Azərbaycan telekanalı tərəfindən döyüş zonasında çəkilmiş kadrları və burada ölən iki uşağı erməni tərəfi kimi təqdim edib.

“Life News” telekanalı isə Azərbaycanın döyüş bölgəsindəki Tərtər rayonundan veriliş hazırlayarkən yerli sakinin sözlərini düzgün tərcümə etməyib və insanlar arasında təlaş yaradaraq, guya ki, Azərbaycan kəndləri kütləvi surətdə qaçırlar deyə təqdim etmişdi. Bunun ardınca, göstərilən digər reportajda deyilir ki, Suriyada döyüşmək üçün İŞİD-ə qoşulmuş azərbaycanlılar qayıdaraq hərbi əməliyytalarda iştirak edirlər. 

Bundan sonra Azərbaycanda akkreditasiyadan keçməyərək fəaliyyət göstərən “Life News” jurnalistləri ölkədən çıxarıldı.

Beləliklə, “Birinci kanalın” efirində nümayiş olunan “Vremya pokajet” tok-şousuda erməni tərəfinin qeyri-obyektivliyi dəstək qazanır. Efirdə baş verənləri təxribatdan başqa bir şey adlandırmaq çətindir.

ABŞ Dövlət Departamenti nümayəndəsinin təhrifi

“ABŞ Dağlıq Qarabağda özünütəyinetmə prinsipində təkid edir”, “Dövlət Departamenti Dağlıq Qarabağ problemini xalqların özünütəyinetmə hüququ əsasında həll edilməsinə çağırıb”, “Dövlət Departamenti: Qarabağ problemi özünütəyinetmə hüququ əsasında həll edilməlidir”.

Bu cür başlıqlara Rusiyanın aparıcı: Gazeta.ru, Russia Today dövlət saytı və TASS kimi nüfuzlu nəşrlərinin xəbər lentlərində görmək mümkündür.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi Mark Tonerin çıxşını Rusiya KİV-i bu cür nümayiş etdirib.

Toner həqiqətən də xalqların özünütəyinetmə prinsipinin vacibliyini vurğulayıb. Lakin bunu o, Helsinki Yekun Aktı prinsiplərinə hörmət etməklə həyata keçirməyi deyib. Dağlıq Qarabağ münaqişəsi həll olunan zaman Helsinki Yekun Aktı prinsiplərinə riayət olunmalıdır ki, burada güc tətbiq edilməməsi və dövlətin ərazi bütövlüyü prinsipləri də nəzərə alınmalıdır.

ABŞ Dövlət Departamentinin brifinqinin tam mətni ilə qurumun saytından tanış olmaq olar.

Əgər “Life News” və ya Russia Today telekanallarının redaksiya siyasətini erməni rəhbərləri təyin edirsə, o zaman RBK, “Dojd” və ya özünü Rusiyada müxalifət KİV-i kimi təqdim edən digər nəşrlərin “dürüstlüyünə” inanmaq çətindir .

“Dojd” telekanalı döyüş zonasında təqdim etdiyi öz reportajlarında Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyətini, onların taleyini xüsusi vurğulayır. RBK isə Dağlıq Qarabağdakı separatçı rejimin rəsmi qurumlarını, həmçinin tanınmamış respublikanın nümayəndələrini əsasən vurğulayır.

Bununla belə, heç bir yerdə qeyd olunmur ki, hazırki nizamlanmamış münaqişənin məğzi, həmçinin vəziyyətin gərginləşməsi Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalından asılıdır. Ermənilər Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu hərbi yolla işğal edib və 20 ildən artıqdır ki, bu əraziləri öz nəzarəti altında saxlayır. 

Kreml və Rusiya XİN-in mövqeyi haqqında

Yeri gəlmişkən, istər Kremldə, istərsə də Rusiya XİN-də “Life News”-un jurnalistlərini şərh edrəkən bildiriblər ki, bu cür münaqişələri işıqlandırarkən diqqətli olmaq və ölkənin qanunlarına ciddi riayət etmək lazımdır (“Life News”-un jurnalistləri Azərbaycanda akkreditasiyadan keçməyərək döyüş bölgəsinə yollanıblar).

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı günü “Life News”-un jurnalistlərini şərh edrəkən bildirib ki, redaksiya siyasəti hər hansı bir hərəkətin səbəbi ola bilməz və KİV üçün məhdudiyyət olmamalıdır. Lakin “jurnalistlərin qanunvericiliyin normalarına riayət etmələri vacibdir”.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova isə bir sıra rus KİV-i tənqid edib.

“Jurnalistləri çıxarmaqla deyil, onlara lazımi məlumatlar vermək, mətbuat konfransları keçirmək, ünsiyyət saxlamaq və s. etmək lazım idi. Təbii ki, jurnalsitlər olduqları ölkənin qanunlarına da riayət etməlidir”, - M.Zaxarova bəyan edib.

Bununla bərabər o, qeyd edib ki, KİV-lər münaqişəninn xüsusiyyətini nəzərə almalı və obyektiv olmalıdırlar.

“Sözsüz ki anlamaq lazımdır, çoxlu sayda insanın həlak olduğu uzunmüddətli münaqişədən söhbət gedir. Münaqişənin bu fazasından danışanda obyektiv qiymətləndirmə aparmaq gərəklidir , tərəflərdən hansı birinisə tutmaq olmaz”, -o, deyib.

RF XİN-in rəsmi təmsilçisi qeyd edib ki, yolverilməz reportajlar görüb. Həmin reportajlarda insanlara belə sual ümvanlanırdı: “ Siz kimin tərəfindəsiniz Azərbaycanın, yoxsa Ermənistanın?”

“Bütün dünyanın səylərinin zorakılığa, insan ölümünə qarşı yönəldiyi və münaqişənin genişlənməməsi üçün səy göstərildiyi bir zamanda belə yazıları yayımlamaq qorxuludur”,- o, deyib.

“Məgər reportaj, jurnalistika belə olur? Bundan yalnız insanların bir birinə nifrətini alovlandırmaq üçün istifadə oluna bilər”, - o, deyib.

Yeri gəlmişkən qeyd edək ki, LifeNews-dan əlavə belə bir təxribat “Exo Moskvı” radiostansiyasında da səsləndirilib. Aleksey Venediktov öz tvitter hesabında belə bir səsvermə keçirib: “Siz kimin tərəfindəsiz Ermənistan ya Azərbaycan?”

Əgər beynəlxalq hüququ normaları çərçivəsində danışsaq unutmaq olmaz ki, Ermənistanın Azərbaycan torpoaqlarını iğal etdiyi beynəlxalq təşkilatların əsas sənədlərində, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində də təsdiq olunub.

Bu qətnamələr Qarabağ müharibəsinin ən qızğın vaxtlarında 30 apreldən 12 noyabr 1993-cü ilədək  olan müddətdə qəbul olunub. Lakin indiyə qədər kağız üzərində qalıb, cünki beybəlxalq ictimaiyyət kifayət qədər güclü deyil ki,  Ermənistana bu məsələdə təzyiq edə bilsin.

Rusiyanın gərginliyi azalmaq istəyi fonunda ölkə mətbuatının birtərəfli və qeyri- obyektiv yanaşmasının səbəbi nədir?

Vladimir Putin tərəflər arasında razılıq əldə olunandan sonra Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda danışıb.

Rusiyanın baş naziri Dmitriy Medvedyev bu həftə Bakıya və İrəvana səfər edəcək. İndi Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıdadır. ( Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevlər görüşünün nəticələri haqqından bu keçidə bax.)

Azərbaycan və Ermənistan arasında vasitəliçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunu həmsədrlərindən biri də Rusiya nümayəndəsidir. Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri rəsmi olaraq danışıqlarda tərəf kimi iştirak etmir.

Rusiya KİV-inin əksər hissəsinin belə subyektiv mövqeyini izah etmək asan deyil. Bəli təbii ki, xoş istisnalar var idi. ( Məsələn, RBK və “Dojd” kanalında Azərbaycan səfiri Polad Bülbüloğlunun müsahibəsi) Lakin təəssüf ki, onlar qeyri-obyektiv materialların arasında  itib.

Səbəb nədir?

Ola bilsin ki, bu rus jurnalistlərin məsələ ilə bağlı yetərincə məlumatlı olmadığından irəli gəlir. Bununla yanaşı RİA Novosti (Dövlət Agentliyi) və Birinci kanalda təxribat xarakterli reportaj və proqramlar onu göstərir ki, başqa xarakterli problemlər də var. Görünür Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etməsi moskvanın yüksək kabinet sahiblərinin heç də hamısına xoş gəlmir, kimsə onlara xələl gətirməyə çalışır.

Artıq Lavrovun səfəri zamanı və Medvedyevin səfərindən ərəfəsində cərşənbə günü aprelin 6-da axşam “Birinci Kanal”ın efirində yenə də təxribatçı teatr saxta ekspertlərin iştirakı ilə yenidən təkrarlandı. Bu ekspertlərin bir qismi “Vremya pokajet” proqramında daha əvvəl çıxış etmişdi.  

Ümumi sözlərlə desək təxribatçı sözyığını “Politika” şousu efirində də səsləndirilib. Doğrudur, burada yalnəz ekzpertlər deyil, həm də haklim partiyanın nümayəndələri də iştirak edib. Bu mənada vahid rusiyaçı, RF Dövlət Dumasının 1, 4, 5-ci çağırışının deputatı, RF İctimai Palatasının üzvü (prezidentin fərmanı ilə təyin olunub), MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin çıxışı zamanı bəyan edib ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycana verilməyəcək”.

Zatulin görünür unudub ki, tanınmayan separatçı rejimi heç kim (Rusiya və Ermənistan daxil olmaqla) qəbul etməyib, bundan irəli gələrək o geri qayıda bilməz,  cünki  hüquqi olaraq  Azərbaycana məxsusdur”

Xəyanət edənlər niyə təbliğ olunur?

Bu mənada AR Milli Məclisinin deputatıRasim Musabəyovun bu konteksdə söylədiyi şərh yerinə düşür ki, indi Rusiya KİV-də anti-Azərbaycan isteriyası hakimdir.

“Rusiyanın bir çox kalanalları, o cümlədən federal televiziyalar erməniləri dəstəkləyən “şabaş” təşkil edir Ermənistanın özündə Rusiya əleyhinə kampaniyalar genişlənməkdədir.

Avropapərəst, Sakisyanın hakim rejiminə müxalif olan KİV və siyasətçilər Rusiya hökumət rəhbəri Medvedyevin erməni analarından üzr istəməyinə aid çağırış ediblər. “Rusiyadan nə isə tələb etmək”, hətta “Rusiyanı cəzalandırmaq” və s.

Onların reallıqla əlaqəni tam itirdiyinin bundan dəqiq təsdiqi ola bilərmi? Rusiya dovlət Dumasının eks-spikeri Qrızlovun adlandırdığı kimi Rusiyanın vassal “fordpost”u olan Ermənistanın hərbi, maliyyə və energetik varlığı bilavasitə Rusiya tərəfindən təmin olunur. Belə hala olan ölkə ondan nə isə tələb edə, yaxud məcbur edə bilərmi? Ağılın itirilməsindən başqa bunu heç nə ilə izah etmək mümkün deyil. Lakin tarixi olaraq bu “erməni nankorluğuna” tam olaraq uyğundur”, -deyə Musabəyov Facebook səhifəsində yazıb.

Beləliklə, Azərbaycanla münasibətləri gərginləşdirmək kimə əlverişlidir?

Həm də bu, Rusiyanın maraqları istiqamətində deyil, məhz ermənilər üçün həyata keçirilir. Halbuki onlar dəfələrlə özlərinin xain simaların nümayiş etdirib...

1news.az

Paylaş:
2251

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər