“Azəravtoyol” ilə Dünya Bankı arasında 140 mln. ABŞ dolları həcmində kredit sazişi imzalandı - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəravtoyol” ilə Dünya Bankı arasında 140 mln. ABŞ dolları həcmində kredit sazişi imzalandı - FOTO

16:51 - 07 / 04 / 2016
“Azəravtoyol” ilə Dünya Bankı arasında 140 mln. ABŞ dolları həcmində kredit sazişi imzalandı - FOTO

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə Dünya Bankı arasında "Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi ilə bağlı görüş keçirilib.

1news.az  xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko, Nazirlər Kabinetinin nümayəndələri, həmçinin Cəmiyyətin və bankın məsul şəxsləri iştirak ediblər.

Kredit sazişi ilə bağlı keşirilən görüşdə son illər Azərbaycanda prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ətraflı məlumat verilib. Yenilənən yol infrastrukturunda Dünya Bankının rolundan bəhs edilib.

Daha sonra kredit sazişinin imzalanma mərasimi keçiriılib. Sazışi “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Dünya Bankın Azərbaycan üzrə ölkə meneceri Larisa Lesçenko imzalayıblar.

"Azərbaycan Magistral Avtomobil Yolu 3 Layihəsinə Əlavə Maliyyələşdirmə" üzrə kredit sazişi çərçivəsində 140.0 mln. ABŞ dolları həcmində kredit vəsaitin ayrılması nəzərdə tutulub. Kredit sazişində Azərbaycan hökumətinin payı 43,5 mln. ABŞ dollarıdır.

Kredit məbləğinin 3 komponentin maliyyələşdirilməsinə yönəldirilməsi nəzərdə tutulub. Bu magistral yolların istismarı islahatlarının dəstəklənməsi, layihənin idarə edilməsi və institusional dəstək, həmçinin magistral yolların tikintisi komponentləridir.

Magistral yolların tikintisi komponentinə Bakı-Şamaxı avtomobil yolunun 15-45 və 45-91-ci km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağındam 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsinin tamamlanması, həmçinin 13,3-15 və 91-107 km-lik hissələrinin Ib texniki dərəcəyə uyğun olaraq yenidənqurulması layihələri daxildir.

Qeyd edək ki, Bakı-Şamaxı avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilmiş fiziki işlərin həcmi 70%-dən artıqdır. Layihəyə uyğun olaraq yolun eni 27.50 m., ayrıcı zolağın eni 5.0 m., hərəkət hissəsinin eni 15 m., çiyinlərin eni isə 7.5 m-dir.

Kredit sazişi çərçivəsində Bakı-Şamaxı avtomobil yolunun 13,3-15 və 91-107-ci km-lik hissələrinin də genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə tender və layihə - smeta sənədləri hazırlanır. Sözügedən layihə çərçivəsində yolun ümumi eni 29.5 m., ayırıcı zolağın eni 1m, bərkidici zolaq 1.5 m., hərəkət zolağının sayı 4 və 6 ədəd, hərəkət hissəsinin eni 9 və 15 m., səkilərin eni isə 3 metr olması nəzərdə tutulub.

1news.az

Paylaş:
755

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər