SAM-ın nümayəndə heyəti Türkiyədə üçtərəfli konfransda iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın nümayəndə heyəti Türkiyədə üçtərəfli konfransda iştirak edib

11:34 - 07 / 04 / 2016
SAM-ın nümayəndə heyəti Türkiyədə üçtərəfli konfransda iştirak edib

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti “Türkiyə-Azərbaycan-Gürcüstan - Enerji təhlükəsizliyi, Nəqliyyat və Nəqliyyat dəhlizləri” mövzusunda üçtərəfli konfransda iştirak etmək üçün Türkiyədə səfərdə olub

1news.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə direktoru Fərhad Məmmədov və SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev daxil olub.

Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Strateji və Beynəlxalq Münasibətlər üzrə Gürcüstan Fondu (GFSIS) və SAM-ın birgə təşkil etdiyi tədbir “Enerji və Enerji təhlükəsizliyində yeni dinamika”, “Nəqliyyat dəhlizlərinin genişləndirilməsi” və “İpək Yolu və Kəməri təşəbbüsü” və “Orta Dəhliz Layihəsi” boyu imkanlar” mövzulu üç paneldən ibarət olub.

Türkiyənin paytaxtı Ankarada keçirilən konfransda SAM-ın direktoru Fərhad Məmmədov, SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin Direktoru Ali Resul Usul,  Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun Prezidenti Yekaterina Metreveli, Azərbaycan Respublikası Dövlət Dəmiryolları Tarif Siyasəti və Marketinq İdarəsinin rəis müavini Cavid Quliyev, Azərbaycan Respublikası Enerji Nazirliyinin əməkdaşı Məhərrəm Vəliyev, Türkiyənin Medipol Universitetindən professor Mərt Bilgin, Gürcüstan Respublikası GFSİS nümayəndəsi Şota Utiaşvili, Türkiyə Yaxın Şərq Texniki Universitetinin professoru Oktay Tanrısevər, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Koray Tarqay və başqaları məruzələrlə çıxış ediblər.

1news.az

Paylaş:
559

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər