Tibbi sığorta üzrə Dünya Bankının eksperti Bakıya gəlib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tibbi sığorta üzrə Dünya Bankının eksperti Bakıya gəlib

12:45 - 07 / 04 / 2016
Tibbi sığorta üzrə Dünya Bankının eksperti Bakıya gəlib

Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəlib.

1news.az Trendə istindən xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, qonaq və Agentliyin mütəxəssisləri dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmaları, Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Agentliyin direktoru Zaur Əliyev Dünya Bankının eksperti ilə icbari tibbi sığorta modelinin yaradılmasında Azərbaycana davamlı texniki dəstək göstərilməsinə dair müzakirə aparıb.

Tixomir Strizrep həmçinin dövlət xəstəxanalarının işi ilə tanış olub

Qeyd edək ki, Tixomir Strizrep uzun illər Xorvatiyanın Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb. O, hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmağa yardım edir.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər