Gürcü ekspert: “Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Gürcü ekspert: “Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır”

01:00 - 07 / 04 / 2016
Gürcü ekspert: “Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır”

“Son hadisələrə Qarabağ münaqişəsi kimi baxmaq lazım deyil. Dünyada baş verən hadisələri – Avropa, Türkiyə və Suriyadakı terror aktlarını analiz etsək, görərik ki, bunların bir-biri ilə əlaqəsi var. Hər yerdə Rusiyanın siyasi xəttini görmək olar”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu müstəqil ekspert, “Georgia Online” portalının baş redaktoru Qoça Qvaramiya deyib.

Dağlıq Qarabağ ətrafında baş verənlərdə Rusiyanın marağının olduğunu deyən Q. Qvaramiya qeyd edib ki, Moskvanın məqsədi özünün hakim və geosiyasi mövqeyini bərpa etmək, eyni zamanda regiondan keçən beynəlxalq layihələrə, o cümlədən yeni İpək Yoluna təsirini göstərməkdir.

“Rusiya layihənin Türkiyə qolunu qəbul etmək istəmir və onu köhnə istiqamətə qaytarmağa cəhd göstərir. Buna görə də terror aktlarını və Qarabağda baş verən təxribatları Rusiya törədir. Azərbaycanın birtərəfli qaydada barışıq elan etməsini və digər tərəfdən atışmanın səngimədiyini nəzərə alsaq, bunun səbəbi Ermənistandakı Rusiya hərbi bazasının olmasıdır. Ermənistan praktiki olaraq Rusiyanın əsiridir. Ermənilər bilməlidirlər ki, Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinin Ermənistan tərəfindən dəyişdirilməsini heç bir dövlət tanımayacaq, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan anlamalıdır ki, bu münaqişədə yalnız Rusiya udur. Bu, Ermənistanda nə qədər tez başa düşülsə, bir o qədər tez sülh əldə olunar. Bu ərazi Azərbaycanındır və həmişə Azərbaycanın olaraq qalacaq. Bu, faktdır, siyasi aksiomadır! Ermənistan bununla barışmalıdır”, - deyə o vurğulayıb.

Q.Qvaramiyanın sözlərinə görə, Rusiyaya Gümrüdəki hərbi bazası üçün dəhliz lazımdır və bu dəhliz Gürcüstan ərazisindən keçir: “Dəhlizin Gürcüstandan keçməsi ölkə ərazisini bölmək məqsədi daşıyır. Rusiya Azərbaycan əleyhinə addım ata bilmir, çünki Azərbaycan kifayət qədər özünü təmin edən ölkədir və Rusiya maliyyəsindən asılı deyil. Gürcüstan isə geosiyasi layihələrdən asılı bir dövlətdir. Azərbaycan və Türkiyə Gürcüstanı bu zəncirdən qopara bilsələr, ölkə tam müstəqillik əldə edəcək”.

1news.az

Paylaş:
651

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər