Müəllim və tələbələr şəhidləri yad etdilər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllim və tələbələr şəhidləri yad etdilər – FOTO

18:38 - 08 / 04 / 2016
Müəllim və tələbələr şəhidləri yad etdilər – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllim və tələb heyəti aprelin 2-5-də cəbhənin təmas xəttində erməni təxribatına layiqli cavab verərkən şəhadət qazanan Şəhidlərimizin ruhunu yad ediblər.

1news.az-ın məlumatına görə, başda rektor Mustafa Babanlı olmaqla, müəllim və tələbələrin iştirakı ilə akt zalında baş tutan mərasim öz izdihamı və ürəyi qələbə ruhu ilə döyünən tələbələrin bu tarixə şərəf, qürur hissi ilə yanaşmaları ilə diqqət çəkib.

Mərasimdə Azərbaycan Dövlət Himni səslənib, Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor M.Babanlı erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan ordusunun rəşadətindən danışıb və bu tarxi dövlətimizin, xalqımızın milli-mənəvi qələbəsi kimi dəyərləndirib. Bildirib ki, bu gün hər bir insanın ürəyi Azərbaycan eşqi ilə döyünür və bu gün heç bir zaman olmadığı kimi mütəşəkkildir.

Dağlıq Qarabağ və ondan kənar 7 rayonun ərazi və əhalisi haqqında, rayonların azad olunması istiqamətində aparılan danışıqlar prosesindən danışan rektor, eləcə də beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini vurğulayıb.

“Bu gün cənab Prezidentin də dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil”- deyə, M.Babanlı Azərbaycanın güclü, nizamlı, işğal altında qalan torpaqları daim azad etməyə qadir olan ordusunun olduğunu bildirib.

Rektor beynəlxalq missiyanın münaqişədə rolu barədə bir sıra nüanslara toxunmaqla, Azərbaycanın öz siyasətini məhz dünya strategiyasına uyğun qurduğunu qeyd edib:

“Bu gün biz hamımız əsgərik. Canımızı vətən üçün verməyə hazırıq. Ölkə başçısı bu qüruru özümüzdə hiss etməyi bizə yaşatdı. Bu qələbə Azərbaycan ordusunun gücünü, nizam-intizamı nümayiş etdirdi. Biz şəhidlərin qanları hesabına yaranan bu nizamı qorumalıyıq. Azərbaycan tolerant ölkədir, xalqımız humanistdir. Biz müharibə istəmirik. Biz erməni işğalçılarının torpaqlarımızdan çıxmasını istəyirik. Lakin düşmən öz çirkin niyyətindən əl çəkməyib təxribatlar törətməkdə davam edəcəksə, bizə başqa yol qalmayacaq. Ali Baş Komandan çağırış edəcəksə, biz torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşməyə hazırıq. Qələbəmiz üçün yalnız yumruq kimi birləşib, vahid komanda altında mütəşəkkil hərəkət etməliyik”.

Rektor tələbələri təhsillərində güclü olmağa səsləyib. Bildirib ki, universitetdə yetişən insanların yaxşı vətəndaş olduqları sübuta yetirildi. Vətənin müdafiəsini qurmaq üçün yaxşı mühəndis kimi də yetişməlidirlər.

1news.az

 

Paylaş:
618

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər