Türkiyə universitetləri erməni təcavüzünə etiraz edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə universitetləri erməni təcavüzünə etiraz edir

21:33 - 08 / 04 / 2016
Türkiyə universitetləri erməni təcavüzünə etiraz edir

Türkiyənin bir sıra universitetlərinin professor və müəllim heyəti, həmçinin, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm və  incəsənət nümayəndələri Ermənistanın hərbi təxribatları ilə əlaqədar bəyanatlarla çıxış ediblər.

1news.az-ın məlumatına görə, bu universitetlərə Qars Qafqaz Unvisersiteti Dövlət Konservatoriyası, Selçuk Univeristeti Konservatoriyası, Atatürk Universiteti, Qaziosmanpaşa Universiteti, Karadeniz Texniki Universiteti, Ağdeniz Universiteti daxildir. Bəyanatlar Teymur Rzayev, Nigar İsmayılqızı, İslam Manafav da daxil olmaqla ümumilikdə 27 nəfər elm və incəsənət adamı tərəfindən imzalanıb.

Bəyanatlarda Ermənistan ordusunun aprelin 1-dən 2-ə keçən gecə cəbhəboyu ərazilərdə atəşkəsi pozaraq yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin öldürülməsi faktı pislənilib.

Həmçinin, bildirilir ki, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ və ətraf  7 rayonu da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Nəticədə , bir milyon əhali öz doğma yurdlarından  didərgin düşüb, 20.000 insan həlak olub, 50. 000 nəfər yaralanıb və ya əlil olub və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşüb. 

1994-cü ilin 12 mayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalansa da, son 22 il ərzində Ermənistan dövləti mütəmadi olaraq atəşkəs rejimini pozur, mülki əhalinin və Azərbaycan Silahlı Qüvvələrinin heyəti üzvlərinin həyatlarına təhlükə yaradır.

Türkiyə ziyalıları Ermənistanın son günlər həyata keçirdiyi hərbi təxribatları qınayır, dünya ictimaiyyətini baş verənlərə biganə yanaşmamağa çağırır. Bəyanatlarda həmçinin, Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.

1news.az

 

Paylaş:
521

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər