ABŞ konqresmeni Ermənistanın hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib
Aprelin 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bəyanatda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir.
Buna baxmayaraq, konqresmen S.Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmamasının və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.
Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlığı tələb edib.
Bəyanatın ingilis dilində olan mətni ilə buradan tanış olmaq olar.
1news.az