Bakıda 1,7 ton yararsız ətin satışa çıxarılmasının qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 1,7 ton yararsız ətin satışa çıxarılmasının qarşısı alınıb – FOTO

22:32 - 08 / 04 / 2016
Bakıda 1,7 ton yararsız ətin satışa çıxarılmasının qarşısı alınıb – FOTO

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçıvəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və müvafiq dövlət qurumları əlaqəli nəzarəti tədbirləri davam etdirir.

 

1news.az-ın Xidmətə istinadən verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatları əsasında Qaradağ rayonu ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilmiş, mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın sümüksüz ətlərin müayinəsi Respublika Baytarlıq Laboratoriyasında aparılıb.

 

Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz  və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız və at əti olması müəyyən edilib.

 

Həmçinin Xidmətin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq nəzarəti həyata keçirilərkən Masazır kəndinin “Qurtuluş” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib  Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

 

Baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib. Müayinə zamanı 1000 kq-a yaxın sümüksüz ətin, farşın və toyuq məsullarının bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz  və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyən edilib.

 

Laboratoriya müayinələrinin nəticəsinə uyğun olaraq həm Qaradağ rayon ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilən, sümüksüz at ətinin, həm də Masazır kəndinin “Qurtuluş” yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib  Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında aşkar olunan bakterioloji çirklənməyə, baytarlıq-sanitariya cəhətdən yararsız olan ət və ət məhsullarının Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və  sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.

 

1news.az

 

Paylaş:
644

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər