Keçən ay Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən ay Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlanıb

23:28 - 08 / 04 / 2016
Keçən ay Azərbaycandan çıxarılan əcnəbilərin sayı açıqlanıb

Bu ilin mart ayı ərzində 1728 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

1news.az-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, onlardan 17-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 131 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 

1293 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 287 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müxtəlif məsələlər ilə bağlı 9 min 230 müraciət daxil olub. 

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. 

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 50 min 82 əcnəbinin müraciəti qeydə alınıb.

1news.az

 

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər