Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb -FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb -FOTO

00:07 - 08 / 04 / 2016
Rabitə və yüksək texnologiyalar naziri Mingəçevirdə vətəndaşlarla görüşüb -FOTO

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

1news.az-a nazirlikdən verilən məlumata görə, aprelin 7-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar, Kürdəmir rayonlarından olan vətəndaşlarla görüş keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərin əksəriyyəti yerində həllini tapıb və digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Sonra nazir Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı görüş keçirib. Görüşdə bildirilib ki, Mingəçevir Yüksək Texnologiyalar Parkının potensial rezidentlərinin gələcəkdə istehsal edəcəkləri məhsulların rəqabətqabiliyyətli və ixracyönümlü olması məqsədi ilə bütün lazımi işlər görülür.

Daha sonra nazirliyin qərarı ilə regionlarda ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetində yaradılmış Biznes İnkubator Mərkəzinin açılışı olub.

Biznes inkubatorda formalaşacaq startaplar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilati və maddi dəstəyindən yararlanacaqlar.

Regionda intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılan mərkəz gənclərin innovativ ideyalarının kommersiyalaşdırılması, gənclərdə innovativ sahibkarlıq bacarıqlarının formalaşması, yeni-yeni biznes ideyalarının ortaya çıxmasına şərait yaradacaq.

1news.az

 

 

Paylaş:
456

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər