Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçuları dəfn olunub - FOTO
Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəhrəman hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib.
Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib.
Dəfn zamanı “Şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirilib.
Şəhidlərin məzarı üzərinə əklillər və güllər düzülüb.
Qeyd edək ki, bu gün həmçinin təmas xəttində erməni təxribatının qarşısını alan zaman həlak olan Azərbycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu (MAHHXHQ), 23 yaşlı şəhid Sərxan Oqtak oğlu Bayramov Zaqatala royanunda, Azərbaycan Ordusunun baş leytenantı, 1989-cu il təvəllüdlü Elnur İsgəndər oğlu İsgəndərov isə doğulduğu Şəki rayonunda torpağa tapşırılıb.
Hər iki hərmçinin dəfn mərasimində dövlət və hökumət rəsmiləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
1news.az