Azərbaycanın petisiyasını 4 gün ərzində 67 mindən çox insan imzalayıb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə petisiya” layihəsi uğurla davam etməkdədir.
1news.az xəbər verir ki, AVCİYA-nın vitse-prezidenti Elçin Salmanovun məlumatına görə, Ağ Ev Administrasiyasının internet resursunda (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) cəmi 4 gün öncə petisiya açılmasına baxmayaraq artıq 67 mindən artıq insan petisiyanı imzalayıb.
“Əlbəttə ki, bu çox yüksək göstəricidir, amma sayı milyonlarla olan dünya azərbaycanlılarının, dünya türklərinin hamısı bir nəfər kimi bu kampaniyaya qoşulmalı, hamı işğalçı Ermənistanı ifşa etmək üçün birləşməli, daha yüksək göstəricilər əldə olunmalıdır.
Düzdür, qaydalara görə 100 000 səs petisiya üçün kifayət edir, lakin biz miyonlarıq və milyonların imzası Qarabağ həqiqətlərini, Sərsəng harayını beynəlxalq aləmə çatdırmalıdır. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm”- deyə, E.Salmanov qeyd edib.
1news.az