Tərtər-Kəlbəcər avtomobil yolunda təmir-tikinti işləri həyata keçirilir – FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtər-Kəlbəcər avtomobil yolunda təmir-tikinti işləri həyata keçirilir – FOTO-VİDEO

19:22 - 11 / 04 / 2016
Tərtər-Kəlbəcər avtomobil yolunda təmir-tikinti işləri həyata keçirilir  – FOTO-VİDEO

Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində təmir-tikinti işləri həyata keçirilir.

1news.az-a “Azəravtoyol” ASC-dən verilən xəbərə görə, təmir olunan yolun uzunluğu 3.2 kilometrdir.

Məluatda qeyd  olunur ki, sözügedən yol Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir.

“Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, yeni yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Bundan başqa su ötürücü borular tikilib və zəruri olan yerlərdə yol kənarına yeni səki daşları düzülüb.

Hazırda yola yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 31200 m2  sahənin asfaltlanması nəzərdə tutulub.Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub”, - məluamtda qeyd olunur.

Qeyd edək ki, aprelin 2-də Kəlbəcərin ermənilər tərfindən işğalından 23 il ötür. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib.

1news.az

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər