Dövlət Neft Fondu 21 banka 80 milyon dollar satıb
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
1news.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, fond tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 80 mln. ABŞ dolları məbləğində vəsait 21 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
1news.az
693