Zahid Oruc: “Azad olunan strateji yüksəkliklər gələcəkdə uğurlu hərbi əməliyyatların təminatıdır” | 1news.az | Xəbərlər
Siyasət

Zahid Oruc: “Azad olunan strateji yüksəkliklər gələcəkdə uğurlu hərbi əməliyyatların təminatıdır”

13:34 - 12 / 04 / 2016
Zahid Oruc: “Azad olunan strateji yüksəkliklər gələcəkdə uğurlu hərbi əməliyyatların təminatıdır”

1news.az AR Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucla müsahibəni təqdim edir.

- Əksər xarici ekspertlər, o cümlədən, erməni ekspertləri də qəbul etdi ki, Azərbaycan Silahlı Qüvvələri bu yaxınlarda cəbhə bölgəsində keçirilən hərbi əməliyyatlar zamanı  qarşıya qoyulan bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Sizin bununla bağlı fikriniz nədir?

- Hərbi nöqteyi-nəzərdən Azərbaycan Silahlı Qüvvələri az miqdarda hərbi birləşmə, texnika və silah işlətməklə belə demək olarsa,  “Birinci Qarabağ Müharibəsi” dövründə itirilən mövqeləri qaytara bildi. Əgər hərbi dillə söyləsək, azad olunan strateji yüksəkliklər gələcəkdə uğurlu hərbi əməliyyatların təminatıdır.

Bu halda Azərbaycan SQ üçün əsas məsələ hərbi əməliyyat keçirərək qarşıya qoyulan tapşırığı ağır artilleriya qurğularını, raket sistemini tam çəlb etmədən, genişmiqyaslı hərbi əməliyyatlar keçirmədən yerinə yetirmək idi.  Bu məsələdə bizim strateqlər yüksək peşəkarlıq nümayiş etdirdi.

Nəzərə almalıyıq ki, düşmənin hərbi qüvvələrinin keçmiş dislakasiyası onlara müəyyən üstünlük verirdi. Hərbiçilərimizin peşəkar bacarıqları olmadan bu mövqeləri itkisiz azad etmək mümkün olmazdı.

Son 20 il ərzində erməni tərəfi öz mövqelərini möhkəmləndirir, sanki özünün  “Majino sistemini” ( fransız müdafiə sistemi, Almaniya ilə sərhəddə Belforddan Lonqiyiona qədər 1929-1934 –cü illərdə tikilmişdi. 1940-cı ilə isə daha da təkmilləşdirildi) yaratmışdı.

Onlar əmin idilər ki, yaratdıqları müdafiə sistemini dünyanın ən güclü ordusu da keçə bilməz. Lakin 4 günlük əməliyyat tamamilə fərqli nəticə verdi. Bu gün biz azərbaycanlı əsgərlərin Füzuli və Cəbrayıl yaxılığında fotolarını görə bilirik.

4 gün davam edən atışmanın nəticələri: birincisi, Azərbaycan SQ-nin böyük uğurları, ikincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli dünya ictimaiyyəti üçün 1 nömrəli mövzu oldu.

Mövzu ilə əlaqədar oxuyun:

Aprel -2016: Dağlıq Qarabağda cəhbə xəttindəki döyüşlərin nəticəsi nə deyir?

- Ermənistan prezidenti Serj Sarkisyanın fotosu bir çox KİV-də günün mövzusu oldu. Məlumdur ki, Vaşınqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində bütün dövlət başçılarından foto üçün əlini yellətmək xahiş olunur, Sakkisyandan başqa hər kəs buna əməl edir. Onun Rusiya baş naziri Dmitriy Medvedyevlə görüşü zamanı oturduğu yerdə qurdalanıb narahatlıqla  Avrasiya İqtisadi Şurasının (AİŞ) üzvlərindən şikayətlənməsi də gündəmdən düşmür.

Bundan əlavə, məlumdur ki, o, bu yaxınlarda siyasi arenadakı rəqibi, eks-prezident Ter-Petrosyanla da görüşüb. Bu cəbhə bölgəsindəki son hadisələrə görə özünü tamamilə itirdiyindən xəbər verirmi?

- Burada bir vacib məqamı vurğulamaq yerinə düşər. Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda sosial siyasi vəziyyət pisləşib, ölkə bütün regional layihələrdən kənarda qalıb, primitiv xarici siyasət yürütməyə başlayıb. Əgfər bütün bunları nəzərə alsaq qeyd edə bilərik ki, Azərbaycan həm diplomatik, həm də iqtisadi baxımdan Ermənistanı sındırıb. Azərbaycanın bu uğurları da cəbhədəki uğuru qədər əhəmiyyətlidir.

Ermənistan hakimiyyətinin müxtəlif şikayətlərlə  beynəlxalq təşkilatlara və mümkün olan hər yerə müraciət etməsi tendensiyası artıb. Bu mənada Rusiya baş naziri medvedyevin səfəri də fəqlənməyib. Ermənistan prezidenti görüş zamanı Avrasiya İqtisadi Şurası üzvlərinin İrəvana gəlmək istyəmədiyindən  şikayət edib.

Arayış: 8 apreldə İrəvanda keçirilməsi nəzərdə tutulan Avrasiya İqtisadi Şurasının hökumətlərarası toplantısının zamanı və məkanı dəyişdirilib. AİŞ dövlət başçılarının görüşü 13 apreldə Moskvada keçiriləcək.

Qeyd edək ki, AİŞ-in üzvləri Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan və Ermənistandır. Sammitin 8 apreldə İrəvanda keçiriləsi ilə bağlı razılıq Qarabağda baş verən eslakasiyaya qədər əldə olunsa da, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyat aparması AİŞ-in aparıcı ölkələrinin toplantının keçirilmə yerini dəyişməsinə səbəb oldu.

Belə ki, artıq aprelin 5-də Qazaxıstanın baş naziri Kərim Məsimov İrəvana gəlməyəcəkləri haqqında açıqlama verib. Politoloqların fikrincə, belə bir qərar qanunauyğundur. Azərbaycan tərəfi bu ərəfədə Qazaxıstan nümayəndə heyətinin İrəvana səfərini Qarabağ münaqişəsində Ermənistanın mövqeyini dəstəkləmək kimi anlaya bilərdi. Bundan əlavə Belorusiya baş naziri Andrey  Kobyakov da İrəvana getməkdən imtina edib.

Qazaxıstan və Belorusun belə mövqe nümyiş etdirməsindən Sarkisyan Rusiya hökumət rəhbəri Merdvedyevlə görüş zamanı şikayətlənib. S.Sarkisyan açıq şəkildə Qazaxıstan və Belorus liderlərini AİŞ-nin toplantısına etinasızlıqda günahlandırıb.

“Əlbəttə ki, Dmitriy Anatoliyeviç, mən təəssüf edirəm ki, AİŞ-dan olan bəzi tərəfdaşlarımız əvvəlcədən İrəvanda keçirilməsi razılaşdırılan toplantıya gəlməkdən imtina edib. Mən bilmirəm bununla onlar Azərbaycan nə dərəcədə dəstək olub, lakin təşkilatın nüfuzunu qırdıqları birmənalıdır”, -Sarkisyan bildirib.

Ümumiyyətlə, qeyd etməliyik ki, ermənilərin cəbhədəki itkiləri bütün cəmiyyətə psixoloji olaraq mənfi təsir edib. Azərbaycan onların ordusunun qüvvəsi ilə bağlı mifi darmadağın etdi. Halbuki onlar uzun illər boyu bu mifə inanırdılar.

Ola bilsin ki, cəbhə bölgəsindən Ermənistana gələn meyidlər  yaxın perspektivdə Azərbaycana qarşı qəzəb yaratsın. Lakin daha sonra erməni xalqı günahkarların axtarışı zamanı hakimiyyəti ələ keçirən cinayətkar dəstədən hesabat istəyəcək. Əminəm ki, bunlar gec ya tez, Sarkisyanın devrilməsi ilə nəticələnəcək.

Bundan əlavə erməni KİV-ində atrirusiya ruhlu yazılar, ermənilərin tək olması, heç bir müttəfiqinin  olmadığı ilə bağlı məqalələr də görmək mümkündür. Məhz Azərbaycanın son 10 il ərzində apardığı doğru siyasət Ermənistanı bu çıxmaza gətirdi. 

Xüsusi qeyd etməliyik ki, 2 aprel Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində yeni mərhələnin başlanğıcı oldu. Cəbhə bölgəsindəki hərbi əməliyyatlar ordu ilə xalqın birgə olduğunu göstərdi, bu isə nəticə etibarilə işğal olunan ərazilərin azad olunmasına gətirib çıxaracaq.

- Azərbaycan tam qələbə qazanana qədər döyüşməyə hazır olduğunu nümayiş etdirdi. Lakin buna baxmayaraq danışıqlar stolu arxasına keçmək qərarı verildi. Bu məqamı necə şərh edərdiniz? Cəbhədə yaranan yeni vəziyyət danışıqlar prosesi üçün yeni imkanlar açırmı?

- Azərbaycan xalqının haqqı var ki, torpaqların hərbi yolla qaytarılmasını tələb etsin. Əgər 90-cı illərdə insanlar atəşin kəsilməsini istəyirdisə, indi əksinə hərbi yolla da məsələnin həllinə hazır olduqlarını bildirirlər. Hər kjəs bilməlidir ki, hərbi nöqteyi nəzərdən bu gün əldə olunan atəşkəsi 1994-cü ildə olanla müqayisə etmək olmaz. İndiki halda azərbaycanın üstünlüyü aşkar görünür.

Qeyd etməliyik ki, bu razılaşma ilə Azərbaycan kifaytətlənmir və əldə olunan nəticələri itirmək niyyətində deyil. Lakin ermənilər indi danışıqlar prosesini son 20 ildə mövcud olan mərhələyə, yəni status-kvonun saxlanmasına  qaytarmağı imkansızdır. Bir şey aydındır, münaqişə beynəlxalq hüquq çərçivəsində azərbaycanın mövqeyi nəzərə alınmaqla həll olunmalıdır.

Ermənilərin Qarabağa sərhəd rayonları saxlamaqla qondarma Dağlıq Qarabağın tanınmasına Azərbaycanı məcbur etmək cəhdləri uğursuz oldu. Münaqişənin sülh yolu ilə həlli perspektivinə gəlincə, qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov RF prezidenti Vladimir Putinin adından regiona səfər edib və açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi mütləqdir.

- Dağlıq Qarabağdakı hərbi əməliyyatlara beynəlxcalq təşkilatların reaksiyasını necə dəyərləndirirsiniz?

- Beynəlxalq təşkilatların reaksiyası antiazərbaycan istiqamətli deyildi. Bəzi hallarda hətta rəsmi Bakının mövqeyi dəstəklənirdi.

1news.az

Paylaş:
1038

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər