Aprel -2016: Dağlıq Qarabağda cəhbə xəttindəki döyüşlərin nəticəsi nə deyir?
Dağlıq Qarabağ münaqişəsi aprelin əvvəlindən etibarən təkcə Azərbaycan və Ermənistanın deyil, həm də Rusiya və Qərbin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
Qoşunların təmas xəttində demək olar ki hər gün atışmalar müşahidə olunurdusa bu dəfə atəşkəs elan olunandan 22 il sonra ilk dəfə ən iri həcmli döyüşlər baş verib.
Azərbaycan hərbi qüvvələri erməni hərbi qüvvələrinin müdafiə xəttini qırıb bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.
Talış kəndi ətrafında-Naftalan və Goranboy rayonlarına təhlükə yaradan yüksəkliklər, həmçinin Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində “Lələ təpə” yüksəkliyi ələ keçirilib.
“Bu qanlı toqquşma bir daha sübut edir ki, rmənistan işğalçı siyasıtini davam etdirir, sülh istəmir və danışıqlar prosesini pozmağa çalışır”,- deyə Prezident ilham Əliyev bu günlərdə Nazirlər Kabinetinin toplantısındakı çıxışı zamanı deyib. Ermənistan danışıqların sonsuz proses olmasını istəyir, ona görə də müəyyən irəliləyiş olduğu zaman o, müxtəlif təxribatlarla ona mane olmağa çalışır”
“Azərbaycan öz torpaqlarını müdafiə edir, biz başqa dövlətlərin torpağına göz dikməmişik. Biz heç c=vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan vermərik”, ölkə başçısı əlavə edib.
Təmas xəttində 2-5 aprel tarixlərindəki döyüşlər vəziyyəti kökündən dəyişdi: əvvəlki llərdən fərqli olaraq indi üstünlük Azərbaycan tərəfindədir. İndi cəbhə bölgəsinə geri qaytarılan ərazilərdən nəzarət etmək mümkündür.
Azərbaycan Müdafiə Nazirlyindən bildirildi ki, hücum erməni tərəfinin təxribatından sonra həyata keçirilrib. Əks hücumun Azərbaycan SQ tərəfindən aparılmasına baxmayaraq erməni tərəfin daha çox itkisi oldu. Müdafiə Nazirliyinin açıqlamasına görə Azərbaycan 31 hərbi qulluqçusunu, bir tank və 1 vertolyot itirib. Nazirlikdən bildirib ki, etmənilərin 24 tankımız və 2 vertolyotu vurması haqqında xəbəri yalandır.
Erməni tərəfində isə rəsmi açıqlamaya görə bu günlərə 56 hərbçi ölüb, 101 nəfər isə yaralanıb. 14 erməni tankı məhv edilib
FOTO: Federal xəbər agentliyi
Azərbaycan qarşıya qoyulan vəzifəni yerinə yetirib.
Aprelin 5-də hər iki tərəfin razılığı ilə atəşin dayandırılmasına baxmayaraq artıq günorta saatlarından görmək olurdu ki, münaqişə zonasında vəziyyət dəyişib. Bunu hərbi ekspertlər, o cümlədən Ermənistan tərəfi də təsdiq edir.
“Kommandos” ləqəbli erməni general moyor Ter-Tadevosyanın sözlərinə görə, Azərbaycan qoyulan tapşırığı yerinə yetirdi”, - o deyib.
“Düşmənin məqsədi bizim silah və hərbi gücün harada yerləşdiyini, imkanlarımızın nə olduğunu öyrənmək idi.. Onlar öz hədəflərinə çatdılar. Bu döyüşlə aparılan kəşfiyyat idi. İkinci hədəfləri indi olanları tam işləyib ikinci addımı apacaqlar”, - o, deyib.
"Bu döyüşlə aparılan kəşfiyyəat adlanır. Hərb sahəsində belə adlandırılır”,- Ter- Tadevosyan əlavə edib. Onun fikrincə ilk tapşırığı yerinə yetirən Azərbaycan hərbi işin bütün qanunlarına uyğun olaraq başladığı işi davam etdirmək, qərar qəbul edərsə genişmiqyaslı hücuma keçməyə hazırdır.
Zaqafqaziyanın ən yeni tarixi üzrə rus politoloq Oleq Kuznetsovb qeyd edir ki, 4 gün ərzindəki döyüşlərdə azərbaycan ordusu təkcə hərbi-texniki gücünü deyil, həm də daha yükjsək taktiki təlimi və döyüş nizamını nümayiş etdirdi.
Bunlar Azərbaycan ordusuna imkan verdi ki, o, 20 il ərzində düşmənin hazırladığı müdafiə xəttini hücum üçün minimal itkilərlə qıra bilsin”.
“Bu azərbaycan ordusunun bu gün ciddi hərbi qüvvə olmasının bariz göstəricisidir. O, təkcə öz silahı ilə deyil, həm də əsgər və zabitlərin təlimi, həmçinin komandirlərin yüksək ağılı ilə seçilir.
Azərbayacan zabirləri son illər ABŞ-ın Rusiya ilə İraq, Əfqanıstan, Şimali Osetiya və Suriyadakı son illər baş verən döyüş təcrübəsini yaxşı öyrənib və anlayıb ki, qarşı tərəf üzərində üstünlüyü canlı qüvvənin say çoxluğu ilə deyil, atəş gücü ilə əldə etmək olar, bu da öz nəticəsini göstərdi”,- deyə Kuznetsov “Azad Pressa”ya müsahibəsində bildirib.
Ermənistan prezidentinin özü bu yaxında bəyan edib ki, "Azərbaycan bu gün daha müasir növ silahlara sahibdir. Ermənistan isə əsasən, 1980-ci illərin silahlarından istifadə edir.
"Erməni qələbəsinin sonunun başlanğıcı"
"Yalnız Ermənistan və Azərbaycan arasında münaqişədən xəbərsiz olan insanlar, yaxud reallığı qəbul etməyənlər gec ya tez atışmanın başlayacağına şübhə edə bilərdi",- deyə Londondan regional analitik Dennis Sammut bildirib.
Ekspertin fikrince, hər iki tərəf üçün Azərbaycan ordusunun işğal olunmuş ərazilərdə bir neçə yüksəkliyi alması ərasinin sahəsinə görə deyil, daha çox psixiloji əhəmiyyətə malikdir.
"Azərbaycan üçün Ermənistanın 20 il əvvəl işğal etdiyi ərazilərin azad olunması arzusu indi ötən həftələrdən daha yaxın görünür. Hətta işğaldan azad olunan ərazilərin sahəsi az olsa belə"- deyə o, CommonSpaceEU saytındakı analitik müəllif yazısında qeyd edib.
"Ermənistan üçün nəzarətin itirilməsi də simvolikdir. Elə görünür ki, bu sonu simvolizə edir, yaxud ən azı ermənilərin 1990-cı il müharibəsindəki qələbəsinin sonunun başlanğıcıdır", -deyə , Londonda LINKS analitik mərkəzinin rəhbəri Sammut əlavə edib.
Rusiyanın aktiv iştirakı
Dağlıq Qarabağ münaqişəsi ərazisindəki cəbhə xəttində aktiv hərbi əməliyyatların başlaması beynəlxalq ictimaiyyəti də narahat edib. Atəşin dərhal dayandırılması və danışıqlar masasına oturmaq barədə bütün beynəlxalq təşkilatların rəhbərləri, həmçinin dövlət və hökumət başçıları başçıları, yaxud xarici işlər nazirləri bəyanat verdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri -ABŞ, Fransa və Rusiyadana olan həmsədrlər vəziyyəti müzakirə etmək üçün regiona gəldi. 5 aprel tarixində Vyanada ATƏT-in daimi şurası çağırıldı və burada Qarabağ məsələsi müzakirə olundu.
ATƏT-in Minsk qrupuna daxil olan Rusiya burada xüsusi aktivlik nümayiş etdirib. Aprelin 5-də Rusiaya prezidenti Vladimiz Putin Azərbaycan və Ermənistan prezidentləri- İlham Əliyev və Serj Sarkisyana telefonla zəng etdi. Ötən həftə Rusiyanın baş naziri Dmitriy Medvedyev və baş nazirin müavini Dmitriy Raqozin, RF XİN rəhbəri Sergey Lavrov Bakıya gəlib.
Dmitriy Medvedyev İlham Əliyevlə görüşündə atəşkəs rejiminin uzunmüddətli olacağına ümid etdiyini və tərəflərin münaqişənin nizamlnamasını stol arxasında müzakirəyə davam edəcəyini bildirib. Rusiya isə gələcəkdə də məsələnin tənzimlənməsindən ondan asılı olanları yenə yetirməyə hazırdır.
"Rusiya bu regionda, bizim regionda sülhün olmasında Azərbaycan və Ermənistandan heç də az maraqlı deyil".
Ermənistan qarışıqlıq içindədir
Ermənistan son bir neçə gün ərzində davranışları kənardan baxdıqda qarışıqlıq içində olduğunu nümayiş etdirir. Ermənistan hakimiyyəti ötən həftə bütün səviyyələrdə və mümkün olan bütün müstəvilərində Qarabağ bölgəsindəki vəziyyətdən narahat olduğun dilə gətirib.
Atəşkəs rejimi elan olanan günü səhəri Sarkisyan Berlinə gedərək Almaniya kansleri Anhela Merkellə görüşüb. Birgə mətbuat konfransında o azərbaycanın ünvanına ittihalar səsləndirərək ölkəni "Avropa təhlükəsizliyi üçün təhlükə" adlandırıb. Lakin bununla yanaşı unudub ki, tərəflər arasındakı aqressiyan baisi məhz erməni silahlı qüvvələridir, onlar 20 ildən artıq müddətdir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və minlərlə insanın ölümündə günahkardır.
Ermənistan hökumətini daha çox narahat edən fakt Rusiyanın Azərbaycana silah satmasıdır. Bu məsələ hətta Sarkisyanın Medvedyevlə 7 aprel tarixində İrəvandakı görüşündə də dilə gətirib. Ermənistan prezidenti buna aşkar şəkildə əsəbiləşirdi. O, Rusiyanın Azərbaycana silah satması faktından Ermənistanın narahat olduğunu bildirib. Cünki Rusiyanı özünün ən yaxın müttəfiqi hesab edir.
Lakin Medvedyevi regiona səfər zamanı müşayiət edən RF baş nazirinin müavini Dmitriy Roqozin görüşün sabahı günü bəyan edib ki, Rusiya strateji əməkdaşlıq müqaviləsinə uyğun olaraq Azərbaycana silah satmağa davam edəcək.
"Hər şey müqavilələrə uyğundur. Hər iki ölkə (Azərbaycan və Ermənistan bizim strateji tərəfdaşımızdır.
Daha əvvəl RF XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva silah təminatı zamanı bütün riskləri və regionda balansın gözlənilməsini nəzərə alır.
Ermənistan Müdafiə Nazirliyi bunu " əxlaqsızlıq" adlandırıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan 8 apreldə öz "facebook" səhifəsində yazıb: "Bütün bunlardan sonra silahın satılması əxlaqsızlıqdır."
Qeyd edək ki, Azərbaycan Rusiyadan tanklar və BMP, özüyeriyən artilleriya, yaylım atəşi reaktiv sistemi və ağır alovsaçan sistem alıb. Həmçinin, Azərbaycan tərəfi Rusiyadan zirehli təmir-təxliyyə maşınları, mühəndis maşınları, həmçinin reaktiv yaylım atəşinin işə düşməsi üçün lazım olan xidmət və idarəetmələri alıb.
Ötən həftənin sonunda Ermənistan İsrailə müraciət edərək Azərbaycanı silahla təchizatını dayandırmağa çağırıb. Bununla əlaqədar etiraz notası İsrail XİN-nə verilib. Azərbaycanın millət vəkili Rasim Musabəyov qeyd edib ki, bu tələb ən azından çox axmaq görünür.
"Rusiya Dumasının eks-spikeri Qrızlovun dediyi kimi, vassal "fortpost" olan dilənçi ölkə Ermənistan nə isə tələb etmək ya məcbur etmək ixtiyarına sahib ola bilərmi? Maliyyə, energetikavə hərbi baxımdan birbaşa olaraq Rusiyadan asılı olan bir ölkənin belə fikir irəli sürməsi ancaq ağıl azlığı kimi qiymətləndirilə bilər. Halbuki bu hal etmənilərə tarixən məxsus olan ənənəvi "erməni nankorluğundan irəli gəlir", - Musabəyov deyib.
Düşmənin tükənməsi
Minsk qrupu çərçivəsində diplomatik səylərin 22 il ərzində heç bir nəticə vermədiyini nəzərə alsaq münaqişə zonasındakı hazırkı dəyişiklik ermənistanın danışıqlarda güzəştə getməsinə təkan verməlidir.
Məsələn , ADA-da Xəzər araşdırmaları mərkəzinin analitiki Zaur Şiriyev Azərbaycanın hazırkı hərbi strategiyasını "üzücü müharibə strategiyası" adlandırıb. Bu haqda o, Jamestown Foundation araşdırma mərkəzinin saytında nəşr olunan məqaləsində yazıb.
Onun fikrincə, Ermənistan hərbi qüvvələri bundan sonra daha zəif vəziyyətdədir. Strateji yüksəkliklərin itirilməsi onların gələcəkdə də geri çəkilməsinə nə itkilərinə gətirib çıxaracaq.
Son məqsəd düşməni gücdən salmaqdır. Müəllif qeyd edir ki, bununla Ermənistanı danışıqlar masasına gətirmək mümkündür. çünki indi təmas xəttində status-kvonun gözlənilməsi əlavə xərclər tələb edəcək bu isə Ermənistan daxilində qarışıqlıqlara gətirib çıxaracaq.
Oxşar fikri Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin prezidenti Fərhad Məmmədov da bildirib.
Onun fikrincə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında atışkəsin dayandırırlması ilk növbədə danışıqlar prosesinin aktivləşdirilməsi ümidi ilə həyata keçirilib. "Münaqişə dondurula bilməz. Çünki İşğal olunmuş ərazilərdəki hərbi qüvvələrin təmas xəttində gələcək təxribatları və atəşi dayandıra biləcək qüvvə yoxdur", -deyə o, bildirib.
Lakin onun fikrincə vəziyyəti münaqişənin tənzimlənməsi prosesi üçün danışıqların bərpa olunması vəziyyəti dəyişə bilər.
"Tərəflər atəşkəsə uyğun vəzifələrini yerinə yetirə bilər, lakin bu zaman da heç kim təxribatlardan sığortalanmayıb. Buna görə də Cənubi Qafqaz regionunda tamhüquqlu və sabit sülhə nail olmaq üçün danışıqlar prosesinin aktivləşəcəyi gözlənilir",- Məmmədov qeyd edib.
Son söz əvəzi
Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin həmsədrlərlə görüşdə səsləndirdiyi fikirlər münaqişənin həllində yol xəritəsi rolunu oynayır. Onun gözardı edilməsi münaqişə zonasında yeni gərginlilərə səbəb ola bilər:
"Biz bir neçə dəfə bildirmişik ki, məsələnin sülh yolu ilə siyasi həllinin tərəfdarıyıq. Biz yalnız onu istəyirik ki, məsələ həll olunsun. Biz bu gün də danışıqlar prosesinə hazır olduğumuzu bəyan edirik.
Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirəcək. Məsələnin həlli isə çox sadədir- erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdır. Bundan sonra sülh və təhlükəsizlik təmin oluna bilər. Xalqların öz taleyini həll etməsinə gəlincə, o, ölkənin ərazi bütövlüyünü pozmamalıdır. Məhz bu ifadələr Helsinkidəki yekun aktda öz ifadəsini tapıb. Bütün münaqişələr ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
1news.az