Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

13:38 - 12 / 04 / 2016
Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda yaşayan iki nəfər dəm qazından zəhərlənərək ölüb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, aprelin 11-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Fidan Kərimova və Motodrom yaşayış sahəsində yaşayan İlham Rəhimov mənzillərində dəm qazından zəhərlənərək ölüblər. 

Hər iki faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər