Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsi gözardı edilməyəcək qədər təhlükəlidir” | 1news.az | Xəbərlər
Siyasət

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsi gözardı edilməyəcək qədər təhlükəlidir”

16:44 - 12 / 04 / 2016
Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsi gözardı edilməyəcək qədər təhlükəlidir”

Dağlıq Qarabağ bölgəsindəki münaqişə aprel ayında yenidən gücləndiyi zaman qərb liderləri yalnız atəşin dayandırılmasına çağırışlar səsləndirdiyi halda RF prezidenti Vladimir Putin qətiyyətlə fəaliyyətə keçdi.

Bu haqda Atlantic Council Analitik İnstitutunun eksperti Metyu Brayza öz məqaləsində yazıb. M.Brayza daha əvvəl ATƏT-in Minsk qrupunda ABŞ üzrə həmsədr   (2006 – 2009), həmçinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışıb (2010 – 2011).

O, Dağlıq Qarabağ məsələsi ilə bağlı son günlər Vaşinqton və Moskva arasında əməkdaşlığın olmadığına təəccüb edir.

“Birləşmək və Minsk qrupu çərçivəsində razılaşdırılmış şəkildə fəaliyyətə keçmək əvəzinə Putin təkbaşına hərəkət edib. Ola bilsin ki, o, ABŞ vetse-prezidenti Co Baydenin Dağlıq Qarabağda sülh prosesinin aktivləşdirilməsi ilə bağlı verdiyi sözə inamı qırmağa çalışıb. Belə ki, hadisələrdən bir müddət əvvəl Bayden Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri ilə görüş zamanı bu məsələni müzakirə etmişdi”, -Brayza yazır.

“Yaxud ola bilsin ki, Putin İlham Əliyev və Serj Sarkisyanın Ağ Evdə mart ayının sonundan Nüvə Təhlükəsizliyi Sammitində iştirakına qəzəblənib. Cünki rusiya lideri həmin sammiti baykot etmişdi”,-deyə o, Washington Post saytındakı məqaləsində yazıb.

Keçmiş səfir qeyd edir ki, tərəflərin özü irimiqyaslı hərbi toqquşmaların olmasında maraqlı deyildi. Bu elə bir zamanda baş verib ki, Vaşinqtonda olarkən Obama administrasiyasını münaqişənin həllinə cəlb etməyə çalışırdı.

Brayza əmindir ki, prezident Putin Obamanın heç bir maraq göstərmədiyi vəziyyətdən məharətlə istifadə edir. Ağ Ev bununla bağlı hətta bəyanat belə yaymayıb”,- deyə o qeyd edib.

Putin isə əksinə, dəfələrlə İlhma Əliyev və Serj Sarkisyanla məsləhətləşmələr aparıb, RF-nin XİN rəhbəri və müdafiə naziri Bakı və İrəvandakı həmkarları ilə daim əlaqədə idi.

Nəticədə,5 apreldə atəşi dayadırmaq mümkün oldu. Bu prosesdə Minsk qrupunun həmsədrləri də bilavasitə iştirak etdi.

Bələliklə, Putin məqalə müəllifinin fikrincə iki əsas məsələdə qalib oldu.

Birincisi, Rusiya Ukraynadakı məğlubiyyətdən sonra öz beynəlxalq nüfuzunu bərpa etdi, ikinci isə Azərbaycan və Ermənistanda elə fikir yaranır ki, Rusiya Cənubi Qafqazdakı münaqişədə atışmanı təkbaşına dayandıra bildi.

Ağ Ev Putinin qalibiyyətini  zorakılığı dayandırmağın və öz üzərindən daha bir münaqişənin məsuliyyətini atmaq üçün ödənəcək hesab kimi də qiymətləndirə bilər.

“Lakin belə alicənab saymazyanalıq Kremlin Türkiyə , Rusiya, İran, Mərkəzi Asiya həmçinin Xəzərin neft və qaz regionunda hərəkət etməyinə  imkan verir. 

Brayza belə hesab edir ki, atəş dayandırıldıqdan sonra Putin Azərbaycana təsir edərək onu Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Razılaşmasına qoşulmağa məcbur edəcək. Moskva həmçinin, bəyan edib ki, Rusiyadan Ermənistana daxili rusiya pasportu ilə səyahət etmək mümkün olacaq. Bu isə faktiki olaraq iki ölkə arasında sərhədləri silmiş olur.

İranın daha əvvəl Dağlıq qarabağ münaqişəsinin danışıqlar prosesinə qoşulamaq cəhdi əvvəllər alınmasa da, indi o, Rusiya ilə manevr edir ki, Azərbaycanla əməkdaşlıq üçbucağı qurub ABŞ-ın boş qoyduğu strateji vakuumu doldursun.

“Putin Azərbaycan və Ermənistanı Qərbdən getdikcə daha çox uzaqlaşdırır, bununla da gələcək böhranların əsasını qoyur, bu əsnada Vaşinqton isə sadəcə seyirçi mövqedədir”, - deyə Brayza fikrini yekunlaşdırıb.

1news.az

Paylaş:
648

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər