XİN Yunanıstan və Latviya parlamentarilərinin işğal olunmuş ərazilərə səfərinə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

XİN Yunanıstan və Latviya parlamentarilərinin işğal olunmuş ərazilərə səfərinə münasibət bildirib

16:50 - 12 / 04 / 2016
XİN Yunanıstan və Latviya parlamentarilərinin işğal olunmuş ərazilərə səfərinə münasibət bildirib

Yunanıstan və Latviya parlamentarilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmələri regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

1news.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya Parlamentinin üzvü Serqeys Potapkinsin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmələrinə münasibət bildirərkən deyib.

“Yunanıstan parlamentinin üzvü Qarifalia Kanelli və Latviya parlamentinin üzvü Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq 11 aprel tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərini qərəzli və təhrikçi yanaşma kimi qiymətləndiririk.

Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

Ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimiz Azərbaycanın narahatlığını Latviya və Yunanıstanın aidiyyəti dövlət orqanlarına çatdıracaq”- deyə, H.Hacıyev qeyd edib.

1news.az

Paylaş:
531

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər