Növbəti plagiat və ya ermənilərin hər şeyi mənimsəməsi haqda bir neçə söz – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Növbəti plagiat və ya ermənilərin hər şeyi mənimsəməsi haqda bir neçə söz – VİDEO

16:56 - 12 / 04 / 2016
Növbəti plagiat və ya ermənilərin hər şeyi mənimsəməsi haqda bir neçə söz – VİDEO

Bir gün səhər oyanırsan və internetə daxil olanda görürsən ki, xaş artıq bizim milli mətbəximizin xörəyi deyil.

Nədənsə Rusiyada Azərbaycan lavaşını, həmçinin dolmanı da ermənilərinki hesab edilir. Azərbaycanın milli aləti olan balaban sən demə, “duduk” olub və bu, erməni milli çalğı aləti imiş. Muğamı riqqətlə oxumağı da, sən demə “yalnız ermənilər bacarırmış... azərbaycanlılar da yaxşı ifa etməyi bilir”.

İlk olaraq adama gülməli gəlir. Ən azı ona görə ki, “dolma” sözünün mənşəyi türk sözündən götürülüb. Ümumiyyətlə bu nə uşaq bağçasıdır – hansısa xalqın milli xörəyini, mahnısını və alətini mənimsəmək nə deməkdir?

Əvvəlcə gülməli görünür. Lakin sonra həmin ermənilər sənin sevimli xalq mahnını “Sarı gəlin”i mənimsəyəndə, artıq bu, insana pis təsir edir.

Sonra isə - daha da çoxalır. Artıq indi ermənilər Larisa Dolinanın əli ilə muğamımıza da əl uzadırlar. Yeri gəlmişkən, Dolina muğam nədir və kimin milli mahnısıdır olmasını çox gözəl bilir. Bu da adama ikiqat mənfi təsir edir.

Ədalət xatirinə qeyd etmək lazımdır: ermənilər yalnız bizdən oğurluq etmirlər. Onlar həmçinin ilk ayaqqabını icad ediblər və Yer kürəsində ilk yaranan insanlardandırlar və (əgər ayaq üstə dayanmısızsaəyləşin, ya da müvazinətinizi itirərsinizsə nədənsə yapışın) hətta İsa Məsihi də mənimsəyiblər. Zarafat etmirəm. Bu da təsdiqi:

Necə düşünürsünüz, xaşın ixtirası kimə məxsusdur? Tapdınız?

“Rus nağıl qəhrəmanı erməni Svyatoqor Ararat dağları ilə dostugilə (İlya Muromeç) qonaq gedərkən özü ilə erməni xaşını da aparırmış. Rusiyada qış çox sərt olduğundan xaş donur və soyuq qəlyanaltı olan xolodeçə çevrilir”, - ermənilər bu cür aydınlıq gətirir.

Həmçinin kababı da onların versiyasına görə, qədim ermənilər icad ediblər.

Bundan əlavə, ermənirlə təsdiq edirlər ki, onlar konusvari günbəzi icad ediblər və avropalı memarlara kilsə tikməyi öyrədiblər. Həmçinin ermənilər plastik əməliyyatı, əriyi ilk yetişdiriblər, gürcü əlifbasını, televiziyanın kəşfi, saç qurudan, ABŞ dollarında yaşıl rəngi, Rusiyada xaç suyuna salınmanı və bir çox şeyləri icad ediblər. 

Həmçinin ermənilər Saakaşvilini də mənimsəyiblər. Hələlik, o bunu etiraf etmir, lakin hər şey qarşıdadır. Hətta Maradonanın adından da danışıblar (fotoşop ustaları separatçı Dağlıq Qarabağı dəstək məqsədilə ondan sitat yazıblar). Dahi futbolçudan çox əzab görmüş xalq haqda bəyanat gözləyirik.

Yazdıqlarım çoxdandır ki, heç kəsə sirr deyil. Bu mövzuya ona görə toxunuram ki, bu gün mənə Youtubekanalına link gəlib. Burada həmvətənlimiz Zeynalabdin Zeynalov (115-dən çox video) Azərbaycan və Türk mahnılarının ermənilər tərəfindən plagiatı haqda dəlil və subutlardan ibarət tam kolleksiya toplayıb.

Bunlar arasında “Sevglim”, “Bəri bax”, “Əgər məni unutsan”, “Sənə də qalmaz”, “Alagöz”, “Aman ovçu”, “Qarabağın maralı” və s. mahnılar yer alıb.

Buna nə deyəsən? Gülməli? Çirkin? Daha doğrusu – ürəkbulandırıcı.

1news.az

Paylaş:
882

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər