Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin olundu | 1news.az | Xəbərlər
Siyasət

Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin olundu

20:35 - 12 / 04 / 2016
Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin olundu

Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilsin.

1news.az

Paylaş:
564

Son xəbərlər

Bütün xəbərlər