Heydər Əliyev Mərkəzində Paskal Konte və "Səyyah kvartet" konsert proqramı ilə çıxış edəcək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində Paskal Konte və "Səyyah kvartet" konsert proqramı ilə çıxış edəcək - VİDEO

10:48 - 12 / 04 / 2016
Heydər Əliyev Mərkəzində Paskal Konte və "Səyyah kvartet" konsert proqramı ilə çıxış edəcək - VİDEO

Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte (Pascal Contet) və "Səyyah kvartet"in (The Travelling Quartet) konserti keçiriləcək.

1news.az –ın məlumatına görə, "Latın inciləri" ("Influences latines") adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.

Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.

Akkordeon ustası P.Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır. P.Konte Luçano Berio, Bernard Kavanna, Coşua Faynberq (ABŞ), Jan Franse, Bruno Mantovani və Martin Matalon (Fransa) kimi bəstəkarlarla çalışıb. P.Konte, həmçinin teatr üçün musiqilər bəstələyib.

"Səyyah kvartet"in üzvləri - An Qravuan (Anne Gravoin), Matild Sterna (Mathilde Sternat), David Braçini (David Braccini) və Vinsan Paskie (Vincent Pasquier) çıxışları ilə tamaşaçıların rəğbətinə səbəb olub.

Skripkaçı An Qravuan Parisin Musiqi Konservatoriyasının əsas mükafatına layiq görülüb. 1986-cı ildə Veronik Fizman ilə birgə skripka və piano üçün "Sans Tambour ni Trompette" adlı sonata bəstələyib. An Qravuan 25 ildən artıqdır ki, böyük simfonik, eləcə də kiçik kamera orkestrləri ilə birgə konsertlər verir.

Violonçel ifaçısı Matild Sterna Paris Milli Konservatoriyasının violonçel və kamera musiqisi üzrə əsas mükafatına layiq görülüb. Səhnədə bir çox tanınmış musiqiçiləri müşayiət edən ifaçı, həmçinin albomların yazılmasında iştirak edir, teatr üçün musiqilər bəstələyir, kvartetlər üçün simli alətlər üzrə aranjimanlar edir.

Skripkaçı David Braçini Bastiya, Paris və Lozanna konservatoriyalarında təhsil alıb. 1996-cı ildə 2000-ci ilədək Avropa Birliyi Kamera Orkestrinin üzvü olub və dünyanın müxtəlif ölkələrində çıxış edib. O, müxtəlif ansamblların tərkibində ifa edir. David Braçini 2008-ci ildən Paris Orkestrinin üzvüdur.

Kontrabas ifaçısı Vinsan Paskie də Paris Orkestrinin solistidir, həmçinin bəstəkar kimi fəaliyyət göstərir. Paris Milli Konservatoriyasının əsas mükafatına layiq görülüb. O, Finlandiya, Niderland, Norveç, İspaniya, İtaliya, Şimali Koreya, ABŞ və Fransada solo konsertlər verib və ustad dərsləri keçib.

1news.az

Paylaş:
512

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər