Yeni yaradılan Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni yaradılan Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

11:25 - 12 / 04 / 2016
Yeni yaradılan Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

Azərbaycanda ali orta ixtisas ktəblərinə bul imtahanları keçirilən nləri keçid ballarıyeni yaradılan vlət İmtahan rkəzi hsil Nazirliyi ilə razılaşrmaqla müəyyən edək.

1news.az –ın Trend-ə istinadən verdiyi məlumata görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsində qeyd ediləcək.

Nizamnamədə qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək.

Mərkəz həm də yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirəcək, imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayacaq və Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.

Dövlət İmtahan Mərkəzi təhsil müəssisələrinin qəbul göstəricilərini və ixtisasları elan edir, sənədlərin qəbulu və imtahanların keçirilməsi haqqında qərarlar qəbul edir, sənədlərin qəbulunu təşkil edir.

Mərkəz tələbə qəbulu kampaniyası ilə bağlı bütün təşkilati və metodik işləri aparır, proqram və texniki təminatı layihələndirir və tətbiq edir, bu məqsədlə müxtəlif daimi və müvəqqəti qurumlar yaradacaq, abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirəcək. Dövlət İmtahan Mərkəzi həm də ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodik monitorinqini həyata keçirəcək.

Mərkəzin hüquqlarından biri dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını tələb etmək olacaq.

Mərkəzi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edəcək. Şuranın səlahiyyətlərinə bir çox məsələlər yanaşı, dövlət qulluğu üçün kadrların seçilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təşəbbüslər irəli sürmək də daxildir.

1news.az

Paylaş:
491

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər