Misir telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Misir telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb - VİDEO

12:20 - 12 / 04 / 2016
Misir telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb - VİDEO

Misirin nüfuzlu və geniş auditoriyasına malik “Dream” kanalında Dağlıq Qarabağ münaqişəsi haqqında danışılıb.

1news.az-ın məlumatına görə, “Birinci buraxılış” adlı proqramın aparıcısı, politoloq Əhməd Muslimani sözügedən kanalda canlı yayımda Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq, Misir ictimaiyyətinin diqqətini Azərbaycanın bu münaqişədə haqlı olduğuna çəkib.

Qeyd edək ki, Ə.Muslimani Misirin 2013-2014-cü illərdə müvəqqəti sabiq prezidenti olmuş Ədli Mənsurun dövründə Misirin Prezident Administrasiyasının mətbuat katibi vəzifəsində işləyib. Hazırda Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əl-Masr-Əl-Yaum” və “Əl-Vatan” qəzetlərində yazıçı və siyasi şərhçi kimi məqalələri çıxır və qeyd olunduğu kimi Misirin “Dream” kanalında sözügedən proqramın aparıcısıdır.

Ə.Muslimani aparıcısı olduğu verilişdə Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq davam etdiyini, lakin iki ölkə arasında 1994-cü ildən atəşkəsin elan olunduğunu vurğulayaraq, 2016-cı ilin aprelin 2-də Ermənistan və Azərbaycan arasında atəşkəsin pozularaq, müharibə vəziyyətinə gətirildiyini qeyd edib.

Ermənistanın və Azərbaycanın postsovet ölkələri olduğunu söyləyən politoloq Sovet İttifaqının dağılması ilə həmin ölkələrin müstəqillik qazandıqları barədə danışıb, daha sonra Ermənistan və Azərbaycanın coğrafi məkanları və əhalisi haqqında məlumat verib.

Dünyada azərbaycanlıların ümumi sayının əlli milyon olduğunu qeyd edən politoloq onun on milyona yaxınının Azərbaycanda, iyirmi beş milyondan çoxunun İranda, qalanlarının isə müxtəlif ölkələrdə yaşadığını bildirib, digər tərəfdən ermənilərin dünyada ümumi sayının on iki milyon olduğunu, dörd milyonunun Ermənistanda, iki milyonunun Rusiyada, bir milyonunun Amerikada, altı yüz mininin Fransada, beş mindən çoxunun isə Misirdə yaşadığını qeyd edib.

Daha sonra politoloq atəşkəs dövrünün 22-ci ilində müharibənin yenidən başlanmasının həqiqətdə sual doğurduğunu bildirərək, Ermənistanın məsələyə öz prizmasından yanaşdığını qeyd edib, lakin Azərbaycanın mövqeyinin daha məntiqli olduğunu və beynəlxalq hüquq normalarına söykəndiyini diqqətə çatdırıb.

Ə.Muslimanı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində, Azərbaycanın sərhədləri daxilində olduğunu xəritə vasitəsilə canlı yayımda ictimaiyyətə açıqlayaraq, həmin ərazilərin iyirmi ildən artıq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib.

Ə.Muslimani sözügedən münaqişənin həlli ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü tələbin çox sadə olduğunu qeyd edib, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasının, bir milyon qaçqın və köçkünün öz doğma torpaqlarına yenidən qayıtmasının və müxtəlif xalqların dinc yanaşı yaşama şəraitində yaşamalarının təmin olunmasının həmin tələbdə öz əksini tapdığını vurğulayıb.

Politoloq Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmaların beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkdiyini qeyd edərək, proqramda Azərbaycan xəritəsini əlindəki kağızda çəkərək, Azərbaycana qonşu olan ölkələrin adlarını və yerləşdikləri mövqeləri göstərib, daha sonra Dağlıq Qarabağ sözünün Azərbaycan dili mənşəli olduğunu və “qara bağ” mənasını daşıdığını, eyni zamanda Azərbaycanın sərhədləri daxilində olduğunu diqqətə çatdıraraq, qonşu Ermənistan tərəfindən işğal olunduğunu açıq-aşkar şəkildə ifadə edib.

Ə.Muslimani Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyon azərbaycanlının öz doğma torpaqlarından məcburi şəkildə çıxarılaraq, qaçqın və köçkün vəziyyətə düşdüyünü bir daha qeyd edib, sözügedən münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasının və azərbaycanlı qaçqın və köçkünlərin yenidən öz doğma torpaqlarına qayıtmasının vacib olduğunu bildirib.

Ə.Muslimani Azərbaycan tərəfinin həmçinin, münaqişənin dondurularaq bu şəkildə davam etməsini istəmədiyini, əksinə sülh danışıqları ilə tezliklə həll olunaraq, Ermənistan silahlı qüvvələrin işğal olunmuş əraziləri tərk etməsini və bir milyon qaçqının öz doğma torpaqlarına qayıtmasını istədiyini bildirib.

Həmin verilişin videosunu təqdim edirik. Qeyd edək ki, aparıcı Dağlı Qarabağ münaqişəsi barədə videomaterialın 11:30-cu dəqiqəsindən sonra danışmağa başlayır.

1news.az

Paylaş:
659

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər