Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb

17:42 - 13 / 04 / 2016
Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu yaradılıb

Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun yaradılması haqqında müqavilə imzalanıb, Azərbaycan Konsorsiumun Müşahidə Şurasının sədri seçilib.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağı keçirilib və Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC, Qazaxıstandan “KTZ Express” AC, Gürcüstandan “Trans Qafqasus Terminals” MMC Konsorsiuma üzv kimi daxil olub.

Yığıncaqda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması və Şuraya sədr seçilməsi məsələləri də müzakirə olunub.

Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun Müşahidə Şurasının yaradılması haqda qərar qəbul olunub. Müşahidə Şurasına, konsorsiuma daxil olan hər üzv şirkətindən bir nümayəndə daxil olub.

Müşahidə Şurası formalaşandan sonra, şuraya sədr seçilib. Bu vəzifəyə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov seçilib. Yığıncağın sonunda tərəflər arasında protokol imzalanıb. Eyni zamanı qərara alınıb ki, marşrut üzrə yük qatarlarının hərəkət cədvəli may ayında müəyyən ediləcək.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən “Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükötürmə qabiliyyəti artacaq və çatdırılma vaxtı qısalacaq.

1news.az

Paylaş:
504

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər