Bakıda bir neçə nəfərə xəsarət yetirən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bir neçə nəfərə xəsarət yetirən şəxs tutulub

19:48 - 13 / 04 / 2016
Bakıda bir neçə nəfərə xəsarət yetirən şəxs tutulub

Bakıda bir neçə nəfərə xəsarət yetirərək qaçan şəxs saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nərimanov polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Bakı şəhər sakini Sərrab Bağırova yumruqla, Ehtiram Əmirova və İbrahim Bağırlıya isə bıçaqla xəsarət yetirmiş paytaxt sakini Eldar Həsənov tutulub.

1news.az

 

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər