Bakıda ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ev yanıb

09:21 - 13 / 04 / 2016
Bakıda ev yanıb

Bakıda evlərdən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 kv.m sahədə, mətbəxinin tavanı 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb​.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər