Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıda konsert proqramında çıxış edəcəklər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıda konsert proqramında çıxış edəcəklər – FOTO – VİDEO

11:04 - 13 / 04 / 2016
Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıda konsert proqramında çıxış edəcəklər – FOTO – VİDEO

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq.

1news.az-ın Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən verdiyi xəbərə görə, iyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Dənizkənarı Milli Parkdakı Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Belə ki, cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək. 

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri başa çatacaq.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər. Bununla yanaşı üç günlük bilet sahibləri eksklyuziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində trek boyu təşkil olunmuş müxtəlif əyləncə tədbirlərinə qatıla biləcəklər.

Onu da bildirək ki, 2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərinin satışı davam edir!

Bakıda keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisinə iki aydan bir az çox vaxtın qaldığı bir ərəfədə biletlərin satışı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi saytında (www.bakucitycircuit.com) və Bakının aparıcı aliş-veriş mərkəzlərində davam edir.

Biletləri, həmçinin, www.gootickets.com, Grand Prix Tickets Worldwide (www.gpt-worldwide.com) vəwww.formula1.com saytlarından da əldə edə bilərsiniz. 

2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərini indidən əldə etmək və Bakıya səfərinizi əvvəlcədən planlaşdırmaq istəyənlər üçün lazımi məlumatlar bu keçiddədir: www.bakucitycircuit.com.

1news.az

Paylaş:
1830

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər