Roksana Əliyeva: “Muğamı eşidən zaman gözlərimin önündə Ağdamda bahar canlanır”
Roksana Əliyevanın 33 yaşı var. O, Ağdamda dünyaya göz açıb. Anası və qardaşı ilə doğma şəhərindən qaçmağa məcbur olanda onun cəmisi 10 yaşı vardı.
Bir ay davam edən gərgin döyüşlərdən sonra Azərbaycanın Ağdam şəhəri erməni silahlı qüvvələri tərəfindən 1993-cü ilin 23 iyulunda işğal olundu.
Roksanın ailəsi gərgin döyüşlərə baxmayaraq Ağdamda sonadək qalanlardan biri olub. Şəhərin tutulmasına az qalmış əsgərlər onlara gələrək bəd xəbəri veriblər. Düşmən hücuma keçir...
İndiyə qədər Ağdamın bütün küçələrini xatırlayıram.Məktəbə getməyimi, rəfiqələrimlə may bayramlarında parkda gəzməyimi, insanlarla dolu olan bazarı xatırlayıram... Muğamı eşidən zaman gözlərimin önündə Ağdamda bahar, həyətimiz canlanır. Qonşu qızlarla həyətda oynadığımız zaman yaşlı qonşularımızın Azərbaycan musiqisinə qulaq asmaları yadıma düşür.
Mən 7 saylı məktəbin rus bölməsində təhsil almışam.Sinfimiz mehriban, həmçinin çoxmillətli idi – burada erməni, rus, azərbaycanlı və ləzgilər vardı. Xoşbəxt zamanlar idi.
Həyətimizdəki su o qədər şəffaf idi, həm də dadlı! Onu Şuşadan Ağdama yazışı Natavan çəkdimişdi. Qışda su isti, yayda isə sərin idi. Deyirlər ki, həmin su dağlardan axıb gəlirdi.
Bizi bombardman etdikləri ilk gecəni xatırlayıram.Səhər saat 4-ün yarısı idi. Ananm bizi oyadaraq qonşularla birlikdə zirzəmiyə apardı. Hər kəs qorxu içində idi. Birinci bombalanmadan sonra çoxları şəhəri tərk etdi. Bəziləri sonradan qayıtdı.
Ağdamı tərk etdiyimiz an binada yalnız biz qalmışdıq. Biz, başımıza bomba yağmasına öyrəşmişdik. Ətrafdakı hər yer bombalanmışdı, evimizin şüşələri sınmışdı. Şəhərdə nəhəng keçid, ticarət mərkəzi vardı, oralar da bombalanmışdı.
Bir həyət sonra 6 nömrəli məktəbdə hərbi hissə vardı. Əsgərlər çox vaxt bizə isti su və ya nəsə yemək üçün gələrdilər.
Anam cəbhədə tibb bacısı olaraq çalışırdı. Qardaşımın o zaman 9 yaşı vardı və tez-tez əsgərlərin yanına gedərdi. O da əsgərlərlə döyüşmək istəyirdi. Ora isə qorxulu idi, bombalanmalar, atışmalar...
Mən özüm həlak olan insanları görməmişəm. Qardaşı isə məscidə gedərək həlak olmuş əsgərləri görmüşdü.
Anam Ağdamdan çıxmaq istəmirdi, inanmırdı ki, şəhəri ermənilər tutacaq. Qonşular gəlirdi, çıxmağı, hətta onlarda qalmağı təkid edirdilər. Anam isə deyərdi ki, buradan heç yerə gedə bilməyəcəyim üçün çıxmıram, sadəcə doğma şəhərimi tərk etmək istəmirəm.
Anam – Yevdakimovna Svetlana İvanovnadır.
Bizim hər zaman, əsasən də geyim əşyaları ilə dolu iki çamadan və iki çantamız hazır idi. Sonuncu dəfə bombalananda əşyalarımız da götürərək qaçdıq. Tələsdiyimdən ayaqqabı geyməyi unutdum və başmaqlarda çıxdım. Qayıtdım ki ayaqqabı geyinim. Anam hər zaman deyədi: “Qayıtmaq pis əlamətdir. Ona görə də biz, daha heç bir zaman evimizə qayıtmadıq”.
Biz qaçarkən özümüzlə yalnız geyim əşyaları götürdük. Bütün şəkilərimiz, hər şey orada qaldı.
Xatırlayıram elektrik qatarı ilə Bakıya gecə çatdıq. Gördüm ki, anam ağlayır. Soruşdum: “Ana, nə olub?” O da sakit səslə: “Ağdam tutuldu”. Və yanaqlarından yaş süzülməyə başladı...
Anam həyatının son anına qədər deyərdi: “Kaş quş olaydım, uçaydım Ağdama, uzaqdan da olsa evimizə, qəbristanlığa baxaydım”. Orada onun valideynləri dəfn olunub. Anam doğma şəhərini çox sevərdi. Hər zaman da inanırdı ki, Ağdam yenidən bizim olacaq.
Lənətə gəlmiş müharibə olmasaydı anam sağ olardı. Müharibə zamanı o, çox pis sarsıntı keçirdi. Hətta onu şagirdləri belə tanımadılar, sadəcə gözlərindən xatırlayırdılar.
Anam yad torpaqlardadır. Çox insanlar evsiz qaldı. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Axı Ağdamda heç kəs yaşamır. Hətta məcburiyyətlə oraya gətirilən insanlar da Ağdamdan qaçır.
Ən əsası – heç bir şəraitdə insanlığını itirməyəsən.
Sənədlərimiz üçün Ağdama yaxın olan Quzanlıya getməyə məcbur olduq.Və hər zaman mənə elə gəlirdi ki, indi, nəhayət ki, Ağdamı görəcəyəm. Oranın havasını udacağam, möhtəşəm çinarları görəcəyəm. Oradakı çinarlar Bakının çinarlarına bənzəmir, tamamilə fərqlidir. O çinarlar uzun və gövdəlidir.
Bakı mənim üçün yad yer deyil. Lakin Ağdamdan olduğum üçün fəxr edirəm.
Mən BDU-nu bitirmişəm, ixtisasca kimyaçıyam. Sənətimə uyğun iş tapa bilmirəm. Hazırda tibbi nümayəndə olaraq çalışıram.
Mənzilimiz yoxdur. İl yarım Xudatda yaşadıq. Sonra isə Bakıya gəldik, müəyyən vaxtlarda Zağulbadakı sanatoriyada yaşadıq. Daha sonra isə Buzovnaya gəldik. Burada uşaq düşərgəsində qalırıq, daha doğrusu düşərgənin hamamında yaşayırıq.
Bizə yaxın İbrahim adlı yaşlı kişinin bağ evi var. O, bizim yaşayışımızı gördü və anamla bizi bağ evidə yaşamağa dəvət etdi, çünki bizim yaşamaq üçün heç bir şəraitimiz yox idi. Biz orada üç ilə yaxın qaldıq. Ona ev işlərində kömək edərdik.
Bəzən bir sıra insanlar gələrək nəyisə ölçülər. Bizə ayrıca sayğaclar quraşdıırlmayıb. Deyirlər ki, düşərgə söküləcək və nəhayət ki, bizə yaşayış sahəsi verilərcək. Allah qoysa!
Arzu edirəm ki, övladım olsun. Normal şəraitləri olan evim olsun. Ailə qurum. Əlbəttə ki, Ağdama getməyi istəyirəm. Mən oraya gedərdim, hətta Ağdamda hər şey yerlə-yeksan olsa belə. Hər şeyi yenidən tikərdim.
Ümid edirəm ki, bu dəfə Ağdama gedə biləcəyəm. Günlərlə gecələr yatmazdım, həyəcanlanardım.
Müharibə istəmirəm. Müharibənin necə canlar aldğını, insanların yaxınlarını itirdiyinin şahidi olmuşam. İstəmirəm ki, müharibə olsun. Azərbaycanın bütün işğal olunmuş torpaqlarının qaytarıldığı günü arzu edirəm.
Çoxları doğma torpaqlara qaytımaq istəyir. Ola bilər burada doğulan gənclərdə bu hisslər güclü yoxdu, lakin böyüklər Ağdama qayıtmaq istəyir.
Mən anam kimi Ağdamı görmədən ölmək istəmirəm...
1news.az