İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan İstanbulda görüşəcəklər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda görüşəcəklər.
1news.az Türkiyə Prezidentinin görüşlər qrafikinə istinadla xəbər verir ki, görüş Türkiyə vaxtilə 17.00-da Dolmabaxça Sarayında baş tutacaq.
Bu gün həmçinin Ərdoğanın Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə, Pakistan prezidenti Məmnun Hüseynlə, Malayziyanın baş naziri Naji Razak, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə də görüşləri nəzərdə tutulub.
Görüşün sonunda 13-cü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 14 apreldə baş tutacaq Sammitində iştirak etmək üçün İstanbula təşrif buyuran dövlət başçıları və hökumət nümayədələri üçün Prezident Ərdoğanın adından rəsmi nahar veriləcək.
Axşam saat 21.30-daRəcəb Tayyib Ərdoğanla Belorus prezidenti Aleksandr Lukaşenkonun görüşü baş tutacaq.
Qeyd edək ki, İƏT Sammiti çərçivəsində İstanbulda xarici işlər nazirlərinin iclası da öz işinə başlayıb. Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
1news.az