Ştaynmayer: "Dağlıq Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək" | 1news.az | Xəbərlər
Siyasət

Ştaynmayer: "Dağlıq Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək"

00:08 - 13 / 04 / 2016
Ştaynmayer: "Dağlıq Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək"

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb.

1news.az  xəbər verir ki, o bunu Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.

Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.

1news.az

 

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər