“Dəyirmi masa”da ermənilərin yalanları, əsassız iddialarından danışılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəyirmi masa”da ermənilərin yalanları, əsassız iddialarından danışılıb

21:28 - 14 / 04 / 2016
“Dəyirmi masa”da ermənilərin yalanları, əsassız iddialarından danışılıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Erməni yalanları” mövzusunda “dəyirmi masa” keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, universitetin rektoru, professor Cəfər Cəfərov son 20 ildən artıq dövrdə torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş ermənilərin ölkəmizə və xalqımıza qarşı təcavüzkar siyasətindən danışıb.

Bildirib ki, mənfur düşmənlərimiz tarixi saxtalaşdırmaqla özlərini bu regionun aborigen əhalisi kimi qələmə verməyə çalışır, qədim Azərbaycan mədəni-tarixi abidələrini öz adlarına çıxırlar. Erməni yalanlarının ifşası istiqamətində mühüm tədbirlərin keçirilməsini, tədqiqatların aparılımasını zəruri sayan rektor onu da qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti öz tarixinə və keçmişinə, mədəniyyətinə sahib çıxır.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov ermənilərin zaman-zaman ərazilərimizə, tariximizə və mədəniyyətimizə qarşı iddialar səsləndirdiyini, özlərini bu regionda tarixən yaşamış xalq qismində qələmə vermək üçün min bir yalana əl atdıqlarını bildirib.

Alim, həmçinin ermənilərin bu regionda yerləşdirilməsi ilə bağlı apardığı tədqiqatlarından danışıb, əldə etdiyi tarixi faktları diqqətə çatdırıb.

H.Məmmədov bildirib ki, müasir Azərbaycan dövləti öz milli keçmişinə sahib çıxır, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında çıx birləşən xalıqımız mənfur ermənilərə qarşı qətiyyətli mübarizə aparır: "Ermənilərin törətdiyi soyqırımları Azərbaycan xalqının qan yaddaşıdır. Bu gün xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan torpaqlarına, tarixi keçmişimizə iddia edən, ölkəmizə qarşı informasiya müharibəsi aparan mənfur düşmənlərə layiqli cavab verir.

Digər çıxış edənlər də aparılan tədqiqatların vacibliyini vurğulayıblar. Qeyd edilib ki, erməni yalanlarını ifşa edən belə faktlar cəmiyyətə yaxından tanıdılmalı, bununla bağlı kütləvi tədbirlər təşkil edilməlidir.

Tədbir müzakirələrlə davam etdirilib.

1news.az

Paylaş:
634

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər