Təhsil naziri Moskvada Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Moskvada Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib - FOTO

10:06 - 14 / 04 / 2016
Təhsil naziri Moskvada Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib - FOTO

Moskvada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Rusiya paytaxtında keçirilən III Moskva Beynəlxalq təhsil sərgisinin açılışında iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sərgi çərçivəsində M.Cabbarov A.S.Puşkin adına Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycanda rus dilinin tədrisi və digər məsələlər müzakirə olunub.

M.Rusetskaya bildirib ki, rəhbərlik etdiyi institut Azərbaycana rus dilinin tədrisi, o cümlədən distant elektron təhsil sahəsində yardım göstərməyə hazırdır. Onun sözlərinə görə, artıq bir neçə ildir institutun nəzdində “Rus dilində təhsil” portalı layihəsi fəaliyyət göstərir.

M.Rusetskaya deyib: “Hazırda həmin layihə çərçivəsində Azərbaycandan 52 tələbə rus dilini öyrənir. Biz, həmçinin nazir Mikayıl Cabbarov ilə Azərbaycandan olan rus dili müəllimlərinin peşə səviyyəsinin artıqılmasına yardım göstərilməsi məsələlərini də müzakirə etdik”.

Görüş zamanı iki ölkə gənclərinin birgə layihələrdə iştirakından da danışılıb. Azərbaycan və Rusiya gənclərinin qarşılıqlı səfərlərinin həyata keçirməsi, bir-birinin dilini, mədəniyyətini yaxından öyrənməsi, ölkələrimiz arasında mədəni, iqtisadi və diplomatik əlaqələrin tarixini araşdırmasının vacibliyi vurğulanıb.

Daha sonra nazir Mikayıl Cabbarov sərgi ilə tanış olub.

Sərginin açılış mərasimində iştirak edən Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets qeyd edib ki, Azərbaycan ilə qarşılıqlı fəaliyyət Rusiya üçün olduqca əhəmiyyətlidir.

O deyib: “Biz Azərbaycandan olan həmkarlarımızla müzakirələr aparmağa, proqram mübadiləsi həyata keçirməyə hazırıq”.

Rusiya Təhsil Nazirliyi tərəfindən təşkil olunan III Moskva Beynəlxalq təhsil sərgisində ənənəvi olaraq müəllimlər, təhsil təşkilatlarının, nazirlik və idarələrin rəhbərləri, tələbələr və şagirdlər iştirak ediblər.

1news.az

Paylaş:
464

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər