Elin Süleymanov: “Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək” | 1news.az | Xəbərlər
Siyasət

Elin Süleymanov: “Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək”

12:24 - 14 / 04 / 2016
Elin Süleymanov: “Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək”

Amerikada çıxan “The Daily Caller” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Qafqazda münaqişənin sülh yolu ilə tənzimlənməsi bütün dünyada sülhün bərqərar olmasına kömək edəcək” sərlövhəli məqaləsi dərc olunub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Ermənistanın işğalçı qoşunları ilə Azərbaycan ordusunun təmas xəttində yaxın vaxtlarda silahlı münaqişənin eskalasiyasından bəhs edilən bu məqalədə beynəlxalq hüquq normalarının və müvafiq öhdəliklərinin yerinə yetirilməsinin, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının və bölgədə ardıcıl olaraq sülhün bərqərar olmasının zəruriliyi vurğulanır.

Müəllif yazır ki, atəşkəs rejimini Ermənistan pozub, Azərbaycan ordusu isə ona layiqli cavab verib. Bundan bir neçə gün sonra Azərbaycan atəşi birtərəfli qaydada dayandırmasını elan edib, ABŞ və digər qərb ölkələri Azərbaycanın bu addımını tam dəstəkləyiblər. Lakin Ermənistan atəşin dayandırılması haqda təklifi yalnız iki gün keçəndən, Rusiyanın bu məsələyə müdaxiləsindən sonra qəbul edib.

Diplomat daha sonra yazır ki, indi beynəlxalq birlik Ermənistanı atəşkəs rejiminə riayət etməyə, öz işğalçı qoşunlarını Azərbaycandan çıxarmağa və konstruktiv danışıqlara başlamağa çağırmalıdır. Bütün dünyada etnik münaqişələrin çoxaldığı indiki vaxtda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir. E. Süleymanov vurğulayır ki, əgər Ermənistan və Azərbaycan bu münaqişəni sülh yolu ilə tənzimləyə bilsə, bu, başqa regionlarda çoxdan davam edən münaqişələrin də həllinə kömək edəcək.

Səfir daha sonra yazır ki, erməni qoşunları Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda 50-dən çox dövlətin liderinin toplaşdığı, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunduğu Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona uğurlu səfəri başa çatandan dərhal sonra hücuma keçiblər. Təəssüf ki, bu eskalasiya zamanı Ermənistanın davranışı onun son 30 ildəki davranışından fərqlənmir. Ermənistanın hərəkətləri nəticəsində münaqişə uzanıb və hər iki tərəfdən təxminən 30 min nəfər həlak olub. Ermənistan qoşunları Azərbaycanın Xocalı şəhərini yerlə yeksan ediblər. Bu zaman 600-dən çox kişi, qadın və uşaq qətlə yetirilib. E. Süleymanov qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadan işğalı davam etdirir. Diplomat beynəlxalq birliyə müraciətlə status-kvo-nun dəyişdirilməsi üçün mümkün tədbirləri görməyə çağırır. O vurğulayır ki, bu münaqişənin tənzimlənməsi regionun geniş iqtisadi inkişafına şərait yaradacaq.

1news.az

Paylaş:
529

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər