Parlament Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiq etdi
Milli Məclis aprelin 15-də keçirilən plenar iclası zamanı Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibini təsdiq edib.
1news.az-ın verdiyi xəbərə görə, yeni tərkibə Məzahir Pənahov, Natiq Məmmədov, Arif Muxtarov, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Habil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazov daxildir.
2010-cu ildə MSK-nın tərkibində olan Tamam Cəfərova və Akif Qurbanov çıxarılaraq, onların əvəzinə Hüseyn Paşayev və İlkin Şahbazov daxil edilib.
Daha əvvəl Parlamentdə təmsil olunan siyasi partiya və müstəqil millət vəkilləri Mərkəzi Seçki Komissiyasında öz namizədlərinin siyahısını təqdim etmişdilər.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının əvvəlki tərkibi 2010-cu ildə parlament seçkilərindən sonra formalaşmışdı.
1news.az